Nida Təhlil
Ermənistan bu konvensiyaya əməl etmədiyinə görə məsuliyyət daşıyır - Politoloq
“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının ekspertlərinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun qadağan edilmiş kaset tipli raketlərlə vurulması faktını təsdiqləməsi əhəmiyyətli faktdır və bu Ermənistanın müharibə cinayətləri törətdiyi faktının hüquqi müstəvidə təqib olunması üçün tərəfsiz mənbə rolunu oynaya bilər.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. Politoloq qeyd edib ki, hər iki təşkilatın bəyanatlarında yer alan bir məqam xüsusilə diqqət çəkir:
“Hər iki təşkilatın bəyanatında mülki əhalinin qadağan olunmuş kasset tipli silahlarla atəşə tutulmasının yolverilməzliyi vurğulanır. Belə anlaşılır ki, mülki əhali qadağan olunmamış silah növlərindən atəşə tutula bilər.
“Müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il, avqustun 12-də qəbul edilmiş Cenevrə konvensiyasının tələblərinə əsasən, nəinki mülki əhalinin, hətta döyüş əməliyyatlarında iştirak etməyən silahsız hərbçilərin belə hədəfə alınması qadağan olunur. Bu baxımdan, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini təkcə kaset tipli silah-sursatdan yox, adi silahlardan da atəşə tutanda Konvensiyanın və təbii ki, beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozmuş və müharibə cinayəti törətmiş olur.
Hesab edirəm ki, adıçəkilən təşkilatlar bəyanat və açıqlamalarında daha dəqiq olmalıdırlar.
Beynəlxalq humanitar hüququn əsas və əhəmiyyətli hissələrindən biri olan, 2008-ci ildə, Dublində qəbul edilmiş “Kaset tipli silah-sursatlar haqqında” Konvensiya sənədə qoşulub-qoşulmamasından asılı olmayaraq, beynəlxalq birliyin üzvü olan bütün dövlətlərə belə silah-sursatdan istifadəni qadağan edir.
Konvensiyaya əsasən, sənədin qüvvəyə mindiyi gündən başlayaraq ən geci 8 il müddətində bütün dövlətlər silahlı qüvvələrinin arsenalında olan kaset tipli silah-sursatları məhv etməliydilər. Konvensiyanın qəbul edildiyi tarixdən də bəlli olduğu kimi bu müddət 2016-cı ildə başa çatıb. Konvensiya imzalandığı gündən isə belə silah-sursatlardan istifadə və onların satışı məlum olduğu kimi qadağan edilib. Bu baxımdan, Ermənistan hakimiyyəti təkcə kaset tipli silah-sursatı tətbiq etdiyinə görə deyil, həm də sözügedən konvensiyaya əməl etmədiyinə görə məsluliyyət daşıyır”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

