Nida Təhlil
İnvestorlar Ermənistandan qaçır - Oyun qaydaları dəyişir
“Ermənistan iqtisadiyyatı uzun illər kifayət qədər zəif və primitiv model üzərində inşa edilib”.
Publika.az xəbər verir ki, bunu Ermənistanda yaranmış gərgin hərbi-siyasi durumun iqtisadiyyata təsirlərini şərh edərkən iqtisadçı Natiq Cəfərli qeyd edib.
O bildirib ki, Ermənistan iqtisadiyyatının həcminin 70 faizə yaxını birbaşa Rusiya şirkətlərinə aid idi: “Ermənistanda Rusiya kapitalının iştirakı var idi və yaxud rus şirkətlərinin yerli törəmə vasitəsi ilə idarə olunurdu. Yerdə qalan 30 faizi kənd təsərrüfatı, turizm təşkil edirdi. Bu il sərhədlərin bağlı olması və pandemiya turizm sektorunu bütün dünyada axsatdı. O cümlədən bu mənada Ermənistanın əsas gəlir mənbələrindən biri iflasa uğradı. Sərhədlərin qəliz keçirilməsi kənd təsərrüfatının ixracat potensialına da mənfi təsir göstərdi. Yəni kifayət qədər primitiv iqtisadi modeldir. Daha çox dotasiyalara hesablanıb. Hətta rəsmi büdcədə xaricdən lobbi təşkilatlarından aldıqları 15-20 faiz yardımların rəsmən qeydiyyatı var. Büdcənin 15-20 faizi bu dotasiyalardan ibarət olur”.

“Bu 44 günlük müharibə, Ermənistanın təcavüzünə qarşı Azərbaycanın əks-hücum əməliyyatı Ermənistan iqtisadiyyatına daha böyük ziyan vurdu. Gündəlik itkiləri 50-70 milyon dollara yaxın idi. Bu, Ermənistan iqtisadiyyatı üçün çox böyük rəqəmdir. Onun təkbaşına özünə gəlməsi kifayət qədər problemli görünür. Yəni xaricdən dəstək olmasa, nə hərbi gücü, nə də iqtisadiyyatı özünə gələ bilməz”, - deyə iqtisadçı əlavə edib.
Cəfərlinin sözlərinə görə, indiki bu xaotik durum, Paşinyanın gələcək taleyinin naməlum olması, siyasi proseslərin məcrasının dəyişməsi Ermənistan iqtisadiyyatında problemlərin daha da dərinləşməsinə səbəb olacaq: “Çünki 2 illik hakimiyyəti dönəmində baş nazir Nikol Paşinyan investisiyalarla bağlı bəzi müqavilələr bağlayıb. Yəqin ki, o investorların artıq ölkəyə gəlməsi şübhə altına düşəcək. Çünki hökumət dəyişikliyi oyun qaydalarının da dəyişməsinə səbəb olacaq. Bu da ciddi problemlərlə müşahidə oluna bilər. Ona görə də xaotik vəziyyət Ermənistan iqtisadiyyatını daha ağır duruma salır. Yaxın gələcəkdə onun sosial və siyasi həyatında, hətta demoqrafik vəziyyətində ciddi təlatümlərin, problemlərin yaşanacağı gözlənilir”.
Şamo Emin
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”





























.webp)










