Nida Təhlil
Sorosun rəngli inqilablar ssenarisinə dəstək verənlər indi də... - Politoloq
“Nikol Paşinyan ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir. Ermənistanda parlamentə daxil olanlara qarşı, o cümlədən bütünlükdə dinc etirazçılara qarşı da eyni yanaşma tətbiq olunur. O cümlədən Parlamentə daxil olanlara qarşı da. Bu, Ermənistan üçün prinsip etibarilə adi haldır”.
Bu sözləri Publika.az-a danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O bildirib ki, siyasi qarşıdurmaların ən kəskin hala keçməsi və Ermənistan parlamentində ölkənin baş nazirinə, spikerinə qarşı terror törədilirsə, bu ölkədə siyasi münasibətlərin sivil səviyyədə olmasından danışmaq belə olmaz: “Kütləvi həbslər Ermənistanda hər zaman baş verib. Seçkilərlə bağlı 2010-cu ildə keçirilən dinc aksiyalarda mülki insanların necə qətlə yetirildiyinin hər birimiz şahidi olmuşuq. Mütəmadi olaraq siyasi proseslərdə cinayətkar qruplardan istifadə edilməsinin və təhdidin adi bir hala keçirilməsinin də şahidi olmuşuq. Ermənistanda mətbuata qarşı ən kəskin şəkildə Paşinyan dönəmində və daha öncə də terror tətbiq olunub. Faktiki olaraq həqiqəti yayan media ofislərindən çıxardılıb, bu və ya digər şəkildə təzyiqlər olunub”.
Ermənistanda hamının gözü qarşısında müxalifətin əzilməsi və sıradan çıxarılması qəribə bir susqunluqla qarşılanır. Bu, haqlı olaraq sual yaradır: niyə? Bu ikili standartlar niyədir və bu ədalətsizlik, selektiv münasibət nə vaxta qədər davam edəcək?
E.Mirzəbəyli bununla bağlı qeyd edib ki, indiki halda da baş verən proseslərdə Nikol Paşinyanın repressiya aparatının aqressiv bir siyasət həyata keçirməsinə qarşı Qərbin göz yumması ikili standartlardan irəli gələn məsələlərdir: “Sorosun rəngli inqilablar ssenarisinə dəstək verənlər hansı münasibəti göstərirdilərsə, Sorosun uşağına qarşı da eyni münasibəti göstərirlər. Qərb Azərbaycanın Ermənistanın uzun illərdən bəri işğal altında saxladığı torpaqlarını azad etməsinə, Azərbaycanın bir milyona yaxın vətəndaşının hüquqlarının pozulmasına yanaşmada hansı münasibəti göstərirdisə, indi də eyni münasibətdir. Hazırkı şəraitdə ölkənin siyasi hakimiyyətinin vətəndaşlara qarşı repressiv münasibətinə göz yumulur. Bu aspektdən də təəccüblənməyə dəyməz”.
Akqabay Mıradov
-
Yaxın Şərq02:42“Shahed”in Amerika klonu İraqda peyda oldu - Video
-
Magazin201:41“Mələk” bu dəfə çiçək bağçasında bikini ilə poza verdi - Foto
-
Nida Xəbər 00:30İlham Əliyevin adı dünyanın ən nüfuzlu liderlərinin siyahısında
-
Qoroskop00:15Günün ulduz falı - Bu işıq bəzən zəif görünür...
-
ABŞ12 Mart 23:36ABŞ-da sinaqoqa hücum edən şəxs öldürüldü - Video/Yeniləndi
-
Region12 Mart 23:00Həkimə 300 dəfədən artıq müraciət edən QADIN ÖLDÜ
-
Magazin112 Mart 22:00Ağadadaş Ağayevin qızı ilə bağlı üzücü xəbər - “Onu itirə bilərəm”
-
Magazin212 Mart 20:12Məşhur aktrisanın ən pis öpüşü - Ağız qoxusuna dözə bilməyib
















.jpg)

















