Nida Təhlil
Onlar gərək başqa ifadələr işlətsinlər - Politoloq
"Son vaxtlar Niderland parlamentində anti-Azərbaycan, anti-Türkiyə və islamofob çıxışlar səsləndirilir. Onlar bu cür bəyanatlar verməklə öz ölkələrinin maraqlarına zərbə vururlar".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
O bildirib ki, hazırda Ermənistan çox mürəkkəb bir vəziyyətə düşüb: "Onlar həm iqtisadi, həm də siyasi baxımdan hazırda çıxılmaz vəziyyətdədir, məğlubiyyətə uğrayıblar. İndiki dövrdə əgər inkişaf olmasa, ermənilər bu vəziyyətdən çox çətin çıxa bilsinlər. Əslində, Niderland parlamentinin üzvlərinin bu cür gurultulu bəyanatları daxildə kimlərəsə ünvanlanıb. Onların təxribatçı bəyanatları ölkələrinin gələcəyinə heç nə vəd etmir. Belə bir bəyanatlar Ermənistanın inkişafına da gətirib çıxarmayacaq".
Politoloqun sözlərinə görə, əgər onlar nəyəsə nail olmaq istəyirlərsə və dalana düşmüş vəziyyətdən can qurtarmağa çalışırlarsa, fərqli bəyanatlarla çıxış etsinlər: "Onlar gərək başqa ifadələr işlətsinlər. Çünki Niderland həm Azərbaycandan, həm də Türkiyədən asılı olan bir ölkədir. Bu ölkə Azərbaycanda genişmiqyaslı layihələr icra edir. Niderland digər məsələni də başa düşməlidir ki, Xankəndidə olan ermənilər bizim nəzarətimizdə olacaq. Onların taleyini də düşünüb bəyanat verməlidirlər. Belə gurultulu bəyanatlar heç bir nəticəyə aparıb çıxarmayacaq".
Akqabay Mıradov
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi




































.jpg)


