Nida Təhlil
Ali Baş Komandan qalib sərkərdə oldu - Elman Məmmədov
“Dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk günündən bəyan etdi ki, biz torpaqlarımızı işğaldan azad edəcəyik, bir qarış da olsun torpağımız erməni işğalı altında qalmayacaq. 17 illik fəaliyyəti ilə də dediyi sözü yerinə yetirdi. Cənab Prezident dediyi sözün ağası oldu. O, bütün fəaliyyətini bu istiqamətə məqsədyönlü olaraq yönəltdi”.
Bu sözləri Publika.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, dövlət başçısı uğurlu, uzaqgörən fəaliyyət yürüdərək qalib gəldi: “17 illik prezidentliyin nəticəsi 44 günlük müharibənin qələbə ilə başa çatmasına səbəb oldu. Cənab Prezident Azərbaycanı bu 17 il ərzində bütün sahələrdə inkişaf etdirdi. Siyasi arenalarda uğurlu çıxışlar etdi. Bütün dünyada mövcud olan ən nüfuzlu beynəlxalq qurumlardan hüquqi sənədlər aldı ki, Ermənistan işğalçıdır, Azərbaycan isə işğala məruz qalıb və dövlətimizin haqqı var ki, bu torpaqların azad olunması üçün lazımi tədbirləri görsün. Bu sənədlər əldə edildi. Bu, bizim siyasi aləmdəki uğurlarımızdır. Diplomatiya sahəsində, eyni zamanda iqtisadiyyatımızın şaxələndirilməsi və gücləndirilməsində də uğurlu işlər görülüb. Azərbaycan həm enerji sahəsində, həm də nəqliyyat məsələlərində, Şərq-Qərb, Cənub-Şimal nəqliyyat və enerji təhlükəsizliyi mərkəzinə çevrildi. Azərbaycan dünyanın, xüsusilə də Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynadı. Ölkəmiz dünya siyasi arenasında nüfuzunu və gücünü artırdı, bütün beynəlxalq tədbirlərdə özünün haqlı olduğunu sübut edə bildi”.
E.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyev iqtisadiyyatı gücləndirməklə yanaşı, ilk gündən ordumuzun gücləndirilməsi məsələsini bir nömrəli vəzifə kimi qarşıya qoyub: “Ordumuz gücləndi və güclü Azərbaycan Ordusu yetişdi. Bu ordunun rəhbərləri, əsgər-zabit heyəti vətən torpaqlarını düşmən işğalından azad etmək üçün hər an qələbə zəfərinə çıxmağa hazır olduqlarını sübut etdilər və qalib oldular. Cənab Prezident bu illər ərzində daxildə sabitliyin, ümumxalq həmrəyliyinin yaranmasına nail oldu. Prezident bu illər ərzində həm də dünya azərbaycanlılarının lideri səviyyəsinə yüksəldi. Azərbaycanda çox rəhbərlər olub. Ancaq liderlik səviyyəsinə yüksəlmək ulu öndər Heydər Əliyev və İlham Əliyevə qismət oldu. Prezident İlham Əliyev lider, xalqın rəhbəri kimi özünün çox qətiyyətli, cəsarətli, elmli, qalib gələn sərkərdə olduğunu sübut etdi. Ali Baş Komandan qalib sərkərdə oldu. Bu adı hər kəs qazana bilmir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev özünün bütün fəaliyyəti ilə bu günə qədər elədiklərindən də daha yüksək səviyyədə işğaldan azad olunmuş yerlərdə dağıdılmış şəhərlərimiz, kəndlərimiz və qəsəbələrimizin hamısının yüksək səviyyədə bərpa olunmasına nail olacaq: “Bütün qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtmasına nail olunacaq. Güclü Azərbaycanın getdikcə daha da güclənməsinə rəhbərlik edəcək. 90-cı illərdə necə ki, ulu öndər Heydər Əliyev belə bir ifadə işlətmişdi ki, Azərbaycan bütün dünyaya günəş kimi doğacaq. Bəli, Azərbaycan dünyaya günəş kimi parladı. Ulu öndərimizin təməlini qoyduğu siyasət üzərində cənab Prezident İlham Əliyev bu siyasəti uğurla inkişaf etdirdi. Bu gün ölkəmiz dünyada hörmətlə anılan, tanınan, sözü eşidilən, sözünü deyə bilən və qalib ölkəyə çevrilib”.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO