Nida Təhlil
Bu agentlik ölkəmizdə sanballı medianın inkişafına zəmin yaradacaq - RƏY
“Cənab Prezidentin Medianın İnkişafı Agentliyinin yaradılması ilə bağlı fərmanı onun mətbuata qarşı olan diqqətinin və medianın inkişafı üçün göstərdiyi qayğının növbəti təzahürüdür”.
Bu sözləri Publika.az-a açıqlamasında “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin mətbuatla bağlı bütün addımı həmişə cəmiyyət tərəfindən yüksək rəğbətlə qarşılanıb: “Bu fərmanda Azərbaycan mətbuatının inkişafı, müstəqillik illərində senzuranın, söz və mətbuat azadlığına mane olan digər məqamların aradan qaldırılması göstərilir. Eyni zamanda son vaxtlarda informasiya texnologiyalarının sürətli inkişafı, yeni medianın yaranması və bu medianın qarşısında yeni tələblərin meydana çıxmasının şahidiyik. Bütün bunlar həm media ilə bağlı qanunun yenilənməsini, həm də media strukturlarında çevikliyin yaradılmasını tələb edir. Bu mənada Medianın İnkişafı Agentliyi daha geniş sahəni əhatə edəcək”.
R.Məcid qeyd edib ki, əvvəllər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yalnız yazılı çap mətbuatının problemləri ilə məşğul idi. Ancaq sonradan bu qurumun fəaliyyətində dəyişiklib olub: “KİVDF-də rəhbərlik dəyişiləndən sonra artıq keçirilən müsabiqələrdə təkcə yazılı və onlayn medianın jurnalistləri yox, televiziyada olan və digər müstəqil jurnalistlər də iştirak etdilər. Bu, əhatənin genişlənəcəyinin göstəricisi idi. Bu dəfə də həm onlayn media, informasiya agentlikləri, həm də audiovizual media yeni agentliyin təsir dairəsinə daxil edilib. Bununla da geniş şəkildə həm jurnalistlərin xaricdə təhsili, təcrübə qazanması, beynəlxalq media ilə əlaqə, eyni zamanda media sahəsində olan problemlər, hansısa hüquq pozuntularına yol vermiş media ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət də daxildir. Düşünürəm ki, bu, geniş spektri əhatə edəcək. İnanırıq ki, bu, Azərbaycanda ciddi, sanballı və əsl medianın inkişafına növbəti zəmin yaradacaq”.
Akqabay Mıradov
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi - FOTO
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub



































.jpg)




