Nida Təhlil
“KİV haqqında” qanun yeni çağırışlara cavab vermir – Rauf Arifoğlu
“Ölkə başçısının media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanına və Medianın İnkişafı Agentliyinin yaradılmasına münasibətim çox yüksəkdir”.
Bunu Publika.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu deyib. Əməkdar jurnalist bildirib ki, hazırda media sahəsində vəziyyət çox pərakəndə və qarışıqdır:
“Bir sıra qeyri-legitimlik məsələləri var. Hazırda 100 minə yaxın jurnalist vəsiqəsi daşıyan və özünü jurnalist kimi təqdim edən vətəndaşlarımız mövcuddur. Yəni, nizam-intizam söhbəti yoxdur. Azərbaycan Respublikasının “KİV haqqında” qanununda istər sosial, istərsə də yeni media ilə bağlı heç bir status məsələsi yoxdur. Bu məsələlər açıq qalıb. Qanunun zəif yeridir. “KİV haqqında” qanun yeni çağırışlara və yeni tələblərə cavab vermir”.
Baş redaktorun fikrincə, reketçilik Azərbaycan jurnalistikasına, onun nüfuzuna, eləcə də iş adamlarına zərər vurmaqdadır:
“Bütün bunların hamısını bir yerə toplayanda media sahəsinə aid bir yeniliyin olmasına ehtiyac var idi. Cənab Prezidentin bununla bağlı fərmanını çox yüksək dəyərləndiririk. Böyük gözləntilərimiz var. Medianın İnkişafı Agentliyinin rəhbər şəxsi kimi təyin olunmuş Əhməd İsmayılovdan da gözləntilərimiz yüksəkdir. Hesab edirəm ki, KİVDF təcrübəsi onun köməyinə gələcək. Hazırkı ağır və məsuliyyətli prosesdə ona uğurlar arzulayırıq. Biz də bu prosesin uğurla başa çatmasında maraqlıyıq və dəstəkləyirik”.
Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)