Nida Təhlil
Ümumxalq Hüzn Günü əvvəlkilərdən fərqli keçdi - Elman Məmmədov
“Builki 20 Yanvar Hüzn Günü əvvəlkilərdən fərqli keçdi. Öz də 30 ildən sonra... Ona görə ki, Şəhidlər xiyabanındakı qəbirləri ziyarətə gedənlər qalib dövlətin, qalib xalqın nümayəndəsi kimi oraya ayaq basırdı. Hər kəsin ürəyindən bir nida gəlirdi ki, 20 Yanvar şəhidləri, siz bu dövlətin, bu millətin müstəqilliyi, azadlığı uğrunda canınızı qurban vermisiniz. Allah sizə rəhmət etsin, qanınız, qisasınız alındı. Arzumuz həyata keçdi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. O bildirib ki, şəhidlərimizin qanı, qisası yerdə qalmayıb:
“Bəli, hamı Şəhidlər xiyabanına qalib kimi gedərək şəhidlərimizin önündə, ruhları qarşısında baş əyir. Yəni, “Siz bu qələbə, bu azadlıq və müstəqillik üçün qurban getmisiniz” deyirlər. “Allah şəhidlərimizə rəhmət etsin” söyləyirlər. Bu gün biz qalib Azərbaycan dövlətiyik! Qalib Azərbaycan xalqıyıq! Builki 20 Yanvar hadisələrinin ildönümünün bu cür mübarizlik, rəşadət mücəssəməsi kimi qeyd olunmasının səbəbi, əvvəlki matəm ab-havasından fərqi budur.
Xocalı şəhidlərindən on ikisinin qəbri Bakıdakı Şəhidlər xiyabanındadır. Onlardan üçü Milli Qəhrəmandır. İkisi üç, beş yaşlarında Xocalıdan olan körpə uşaqlardır. Mənim anamın da qəbri həmin 12 məzarın sırasındadır. 22 yaşlı xalam oğlunun da qəbri anamın qəbrinin yanındadır. 44 günlük müharibədən sonra hər dəfə Şəhidlər xiyabanına gedəndə, həmin qəbirləri ziyarət edəndə əlimi o başdaşlarına qoyub deyirəm ki, ruhunuz şad olsun, rahat yatın, qanınız, qisasınız alındı. Yəni, biz indi bunu bütün şəhidlərimizə deyirik. 1988-ci ildən bu günə qədər Azərbaycan torpağı uğrunda canını qurban vermiş bütün şəhidlərimizə bu sözü deyirik”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





