Nida Təhlil
Türkiyə bu prosesə nəzarəti üzərinə götürdükdən sonra... - Əlizadə
10 Noyabr razılaşmasından sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılmasının gecikdirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Təbii olaraq texniki səbəblər var idi, binalar tikilməli və ərazi buna uyğunlaşdırılmalı idi. Eyni zamanda Rusiya və Türkiyə tərəfləri arasında siyasi danışıqlar da gedirdi. Bir neçə dəfə hərbçilərin və siyasi xadimlərin bu məsələ ətrafında müzakirələrinin şahidi olduq. Nəhayət ki, çoxdan gözlənilən məsələ öz həllini tapdı və bu gün mərkəzin açılışı reallaşdı.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib.
O bildirib ki, Monitorinq Mərkəzinin açılmasının gecikdirilməsi Azərbaycan cəmiyyətində bir çox cəhətdən ağrılı qəbul olunurdu: “Çox şükürlər olsun ki, artıq bu baş verdi. Monitorinq Mərkəzinin açılması və orada türk hərbiçilərinin rus sülhməramlıları ilə birlikdə bütövlükdə regiona nəzarət funksiyasını həyata keçirmələri prosesin düzgün istiqamətdə getməsinə çox ciddi dəstək olacaq. Görürük ki, erməni tərəfində hələ də sona qədər vəziyyəti real qiymətləndirməyən və intiqam hisslərilə yaşayan siyasətçilər və hərbçilər var. Odur ki, onların reallığa dəvət olunması qanundan kənar addımlar atılmasının qarşısını alacaq. Bundan başqa Rusiya hərbçilərinin də öz vəzifələrini bəzi hallarda yerinə yetirmədiklərinin və səlahiyyətlərini aşdıqlarının şahidi olurduq. Hesab edirəm ki, Türkiyə tərəfi bu prosesə nəzarət funksiyasını öz üzərinə götürdükdən sonra bu kimi hadisələrin də qarşısı alınacaq. Regionda sülhün bərqarar olunmasında, proseslərin doğru-düzgün istiqamətə getməsində, xüsusilə qarşı tərəfin qanuna zidd addımlar ata bilməməsində Monitorinq Mərkəzinin əhəmiyyətli rolu olacaq”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






.jpg)























.jpg)
.jpg)