Nida Təhlil
Uğurlu əməkdaşlıq, həmrəylik... - Dərin təməllərə söykənən Azərbaycan-İtaliya münasibətləri
İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Bu münasibət müxtəlif sahələrdə uzun illərdir ki, davam etdirilir. Həmçinin, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd də imzalanıb. Bu ölkənin ən böyük dəstəyini İkinci Qarabağ savaşında da gördük. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanla həmrəy olduğunu göstərən, haqlı mövqeyimizi müdafiə edən ölkələrdən biri də İtaliya idi. Bu müddətdə İtaliya mediasının məsələyə obyektiv yanaşma nümayiş etdirən materiallarının da şahidi olduq.
Millət vəkili Səməd Seyidov Publika.az-a açıqlamasında deyib ki, iki ölkə arasında münasibətlərin nə dərəcədə əhəmiyyətli olduğu məhz müharibə zamanı göründü. Onun sözlərinə görə, İtaliya ilə əlaqələrimiz Vətən müharibəsi zamanı həm də özünü sınaqdan keçirmiş oldu:
“Prezident İlham Əliyev bu müddətdə dəfələrlə deyirdi ki, indi həqiqət anıdır, biz kimin dost, kimlərin düşmən olduğunu, yanımızda olanları və özünü kənara çəkənləri çox gözəl bilirik. Bu nöqteyi-nəzərdən İtaliyanın mövqeyi obyektiv, beynəlxalq qanunlar çərçivəsində Azərbaycanın və mövqeyinə uyğun olan bir mövqe kimi qiymətləndirilməlidir. Buna görə müharibədən sonra da strateji əhəmiyyət kəsb edən münasibətlərimiz davam edəcək. Məlumdur ki, Qərbdə bizim ən böyük ticari tərəfdaşlarımızdan biri İtaliyadır və müharibədən sonra da bu ölkə ilə əlaqələrimiz genişlənir. İtaliyanın rəsmi nümayəndələri Azərbaycana gəlir, italyan şirkətləri Qarabağın bərpası prosesində iştirak etmək niyyətlərini gündəmə gətirirlər. İtaliyanın mədəni abidələrin bərpa olunması ilə bağlı geniş və zəngin təcrübəsi var. Bu təcrübədən ölkəmiz də istifadə edir”.
Bu Avropa ölkəsi ilə əlaqələrimiz təkcə siyasi müstəvidə qurulmayıb. Həmçinin, İtaliya ilə təhsil bağlarımız da gücləndirilir. Belə ki, Bakıda İtaliya-Azərbaycan Universiteti yaradılacaq ki, bu da yeni ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsində əhəmiyyətli hadisədir.
Uzun illər Azərbaycan Dillər Universitetinin (ADU) rektoru işləmiş Səməd Seyidov fəaliyyəti müddətində italyan dilinin inkişafına xüsusi önəm verdiyini və İtaliya-Azərbaycan Universitetinin yaradılmasının təhsil sistemimiz üçün mühüm addım olacağını bildirib: “Əlaqələrimizdə ən əhəmiyyətlisi iki ölkənin birgə təhsil müəssisəsinin yaradılmasıdır. İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı xəbəri çox böyük sevinclə qarşıladım. Mən rektor işlədiyim zaman italyan dilinə ayrıca önəm verirdim və İtaliya və Azərbaycan universitetləri arasında əlaqələrin yüksək səviyyədə təşkil olunmasına xüsusi əhəmiyyət kəsb edən münasibətlər kimi baxırdım. Bu gün sevinirəm ki, artıq hansısa universitetlərarası münasibətlər səviyyəsindən daha yüksək səviyyə, yəni Azərbaycanda ayrıca bir universitetin yaradılması ilə bağlı xəbəri eşitdik. Bunun böyük gələcəyi mövcuddur və dəstəklənməlidir”.
İtaliya ilə əlaqələrimiz təkcə sosial, mədəni və siyasi müstəvidə məhdudlaşmır. Bu ölkə ilə enerji sahəsində də əməkdaşlıq edirik. Cənub Qaz Dəhlizi, Trans-Adriatik Boru Kəməri (TAP) ilə əlaqədar Azərbaycan-İtaliya əməkdaşlığı nümunəvi xarakter daşıyır.
Beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov qeyd edib ki, bu baxımdan Azərbaycan-İtaliya əməkdaşlığı siyasi, humanitar və mədəni çərçivə ilə məhdudlaşmır.
Onun sözlərinə görə, bu ölkə ilə iqtisadi sahədə də çox yaxşı əlaqələrimiz var: “İki ölkə arasındakı əməkdaşlığın bir neçə onillik tarixi mövcuddur. İtaliya həmişə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dövlətlərdən biri olub. Eyni zamanda ticari tərəfdaş olaraq İtaliya ilə Azərbaycan arasında fərqli sahələrdə əməkdaşlıq layihələri var. İqtisadi baxımdan biz buna yanaşsaq, yeni fəaliyyətə başlamış Cənub Qaz Dəhlizi, TAP, TANAP və Cənubi Qafqaz Boru Kəmərini özündə birləşdirir. Bu meqalayihədən yararlanacaq dövlətlərdən biri də məhz İtaliyadır. Çünki bu layihə ilə Azərbaycanın resursları Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və Aralıq dənizi vasitəsilə İtaliyaya daşınacaq. Sözsüz ki, bu kimi layihələr ölkələrarası münasibətlərin inkişafına böyük töhfə verir”.
S.Zahidov əlavə edib ki, İtaliya ilə humanitar və mədəni əlaqələrimiz də həmişə yüksək səviyyədə olub və bundan sonra da uğurla davam edəcək: “Buna Azərbaycanın İtaliyadakı mədəni abidələrin bərpa olunmasına göstərdiyi dəstəyi misal göstərə bilərik. Məlumdur ki, Roma şəhərində katakombaların bərpasına ölkəmiz kifayət qədər yardımlar edib. Ən əsası da İkinci Qarabağ müharibəsi zamanı İtaliya rəsmi şəkildə Azərbaycanın haqlı mövqeyini dəstəklədi və İtaliyanın rəsmi nümayəndələri mövqeyimizi əks etdirən açıqlamalar verdilər. Məşhur italyan qəzetləri də doğru xəbərləri yaydılar”.
Bütün bunlar İtaliya ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir və uğurlu münasibət bundan sonra da davam edəcək.
Akqabay Mıradov
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO