Nida Təhlil
Reklam bazarının inkişafı üçün addımlar atılmalıdır - Aydın Quliyev
“Hazırkı şəraitdə bəzi məsələlərin yeni media qanununda əks olunmasına mütləq ehtiyac var. Qanunda çap mediasında, agentliklərdə və oturuşmuş saytlarda çalışan jurnalistlərin statusunun daha da dəqiqləşdirilməsi, media nümayəndələrinin xüsusilə də sosial şəbəkə aktivlərindən və blogerlərdən fərqləndirilməsi ilə bağlı ayrıca bir maddənin yer alması çox yaxşı olardı”.
Bu fikirləri Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev “Media haqqında” yeni qanun layihəsində görmək istədiklərini bizimlə bölüşüb və qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin media seqmentlərinin qeydiyyatı üzərində normativlərin bir qədər konkretləşdirilməsi vacibdir: “Hər yerindən duranın sayt, agentlik, qəzet aça bilməsi bu gün mediada yaranmış xaotik vəziyyətin əsas səbəblərindən biridir. O cümlədən, media orqanlarının uçotu və qeydiyyatının qaydaya salınması, vahid uçot-reyestr sisteminin aparılması ilə bağlı yeni “Media haqqında” qanunda maddənin yer alması pis olmazdı.
Vahid jurnalist kartları ilə bağlı da islahatlara ehtiyac var. Xüsusilə də sanballı mediada, çap mediasında və agentliklərdə çalışan və uzun illərdir fəaliyyət göstərən saytların əməkdaşları ilə bağlı vahid kart sisteminin tətbiq edilməsi qanunda əks olunarsa, çox yaxşı olar”.
Baş redaktorun sözlərinə görə, reklam bazarının media üçün açılması hazırda çox mühüm məsələdir. A.Quliyev bununla bağlı qanunda maddənin əks olunmasının tərəfdarıdır: “Reklam bazarının inkişafı üçün addımlar atılmalıdır. Xüsusilə də dövlətin sosial reklamlarının çap mediada yayılması ilə bağlı normativlərin müəyyənləşməsi işin xeyrinə olardı.
İnformasiya mənbələrinə birbaşa çıxışla bağlı media orqanlarının arasında bərabər imkanların yaradılmasına və bunu tənzimləyən normativlərə də ehtiyac var. Həmçinin, bərabər rəqabət mühitinin yaradılmasını tənzimləyən normativlərin də olması hazırda vacibdir və bu da qanunda əksini tapa bilər.
Bütün bunların yeni media qanununda əks olunmasının nə qədər mümkün olacağını bilmirəm. Ancaq düşünürəm ki, bunlar yalnız Azərbaycan mediasının xeyrinədir. Bütün bunlar həm də uzun illər bizim mediada aparılan müşahidələr sayəsində gəlinən qənaətlərin nəticəsidir”.
Akqabay Mıradov
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





