Nida Təhlil
Bu, COVAX-a olan inamı azaldır - Məşhur Məmmədov
"Gözəgörünməz düşmənlə mübarizə 1 ildən artıqdır davam edir. Pandemiya ərzində 2,7 milyondan çox insan həyatını itirib. Koronavirusla mübarizədə ən vacib silah peyvənddir. Peyvəndin təchizatı məsələsindəki bərabərsizlik ziddiyyətlərə səbəb olub. Təəssüf ki, Azərbaycan haqsızlığa məruz qalan ölkələrdən biridir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycan peyvənd təminatı ilə məşğul olan beynəlxalq COVAX proqramının ilk üzv ölkələrindən biridir:
"Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb. Azərbaycan pandemiya ilə mübarizədə ön sıradadır. Pandemiya dövründə 30 ölkəyə humanitar dəstək verib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının koronavirusla mübarizə üzrə sammiti keçirilib. Ölkə başçısı bütün çıxışlarında peyvənd bölgüsündə haqsızlığa xüsusi diqqət çəkib".
Məşhur Məmmədovun fikrincə, COVAX-ın vədinə əməl etməməsi ona olan inamı azaldır:
"Qurumun qeyri-ədalətli olması qənaətinə gəlinir. Ölkələr arasına ayrı-seçkilik salmaq həm demokratiya, həm də humanizm qaydalarına ziddir. Bir ölkəni virusdan qoruyub digər ölkəni gözləmə mövqeyində saxlayanlar unutmasın ki, hər ölkə təhlükəsiz olmadıqca heç kim təhlükəsiz olmayacaq".
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)
























.jpg)
.jpg)

