Nida Təhlil
Buna görə Ermənistana ciddi təzyiq olunmalıdır - Ceyhun Məmmədov
İşğaldan azad edilmiş ərazilərimiz uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanıb. Sülh sazişi imzalanandan sonra beynəlxalq qanuna görə, minalanan ərazinin xəritəsi qarşı tərəfə təqdim edilməlidir. Ermənistan isə hazırda bunun əksini edir. Ermənistan minaladığı ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməməklə yeni formada müharibəni, terror siyasətini davam etdirir.
Publika.az-a açıqlama verən millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsi səbəbindən hələ də həm mülki vətəndaşlarımız, həm də hərbçilərimiz minaya düşərək həyatlarını itirirlər:
“Martın 31-də keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündə də cənab Prezident bu məsələyə xüsusi toxundu. Bu, hərbi cinayətdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti insanlığa zidd cinayətlərdən biridir. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti, həmçinin Ermənistanı dəstəkləyən dövlətlər bu məsələyə reaksiya verməlidirlər”.
Deputatın sözlərinə görə, Ermənistan məcbur edilməlidir ki, indiyədək minaladağı ərazilərin xəritəsini Azərbaycana təqdim etsin: “Ümumiyyətlə, Ermənistan bundan əvvəlki illərdə də bütün beynəlxalq hüquq normalarını pozurdu. Bunun da əsas səbəbi onların törətdikləri cinayətlərə görə sanksiyaların tətbiq olunmaması idi. Minalanmış ərazilərin xəritəsinin müharibə bitəndən sonra qarşı tərəfə verilməməsi hərbi cinayətdir və Ermənistan buna görə məsuliyyət daşıyır. Beynəlxalq hüquq qarşısında onlar cavab verməlidir və Ermənistan məcbur edilməlidir ki, minaların xəritəsini Azərbaycan tərəfinə versin. Çünki burada xeyli sayda minaların basdırılmasından söhbət gedir.
Görünən odur ki, bir müddət minalar vətəndaşlarımızın həyatını itirməsinə səbəb olacaq. Buna görə də burada həm Ermənistan tərəfinə ciddi təzyiq olunmalıdır, həm də bu ölkə özü anlamalıdır ki, bu xəritələri mütləq Azərbaycana təqdim etməlidir”.
Akqabay Mıradov
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...










.jpg)



.png)








.jpg)

.jpg)










