Nida Təhlil
Bu ölkələr Ermənistana ciddi təzyiq göstərməlidir - Ekspert
“Ermənistanın minalanmış ərazilərin xəritələrini bu günə qədər bizə verməməsi bu ölkənin Azərbaycana qarşı təcavüz planlarının hələ də bitmədiyini göstərir”.
Bunu Publika.az-a danışan “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, Ermənistan bu hərəkəti ilə beynəlxalq humanitar və hüquq normalarını pozma siyasətini hələ də davam etdirdiyini göstərir: “Bu xəritələrin təqdim olunmaması o deməkdir ki, Ermənistan gələcəkdə də Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini davam etdirmək niyyətindədir. Bu ölkənin minalanmış ərazilərin xəritələrini əlində saxlaması Azərbaycana təzyiq forması və dünya birliyinə meydan oxumaqdır. Ən əsası isə ATƏT-in Minsk qrupunun yeni mərhələdə fəaliyyətə başlamasına maneçilik törətməkdir. Buna görə də fikrimcə, birinci növbədə Minsk qrupunun həmsədri olan dünyanın aparıcı ölkələri Ermənistana təzyiq göstərməlidirlər ki, bu xəritələri versinlər. İlk növbədə burada Minsk qrupunun həmsədrlərinin və Rusiyanın üzərinə böyük məsuliyyət düşür. Bu ölkələr Ermənistana ciddi təzyiq göstərməlidir”.
Ekspert qeyd edib ki, BMT Təhlükəsizlik Şurası və İnsan Hüquqları Şurası Ermənistanın bu hərəkətinə hüquqi qiymət verməlidir: “Bundan başqa, dünyanın müxtəlif aparıcı ölkələrinin, o cümlədən Avropa dövlətlərinin və onların üzv olduğu beynəlxalq təşkilatların bu məsələ ilə bağlı konkret mövqeyi olmalıdır. Bir sözlə, bu məsələ ilə bağlı Ermənistana ciddi mesajlar olmalıdır. Əks halda nə bu ərazilərin qısa müddət ərzində məskunlaşmasını həyata keçirə biləcəyik, nə də ki, humanitar fəlakətlərin qarşısını tam şəkildə almaq mümkün olacaq. Qarabağ və onun ətraf ərazilərində baş verə biləcək humanitar fəlakətlərin bütün məsuliyyəti Ermənistanın üzərindədir və Ermənistanı xəritə məsələsində güzəştlərə məcbur etməyən, güzəştlərə məcbur etmək üçün malik olduğu imkanlardan istifadə etməyən ölkələr məsuliyyət daşıyır. Ermənistanın minalar məsələsində müqavimət mövqeyi göstərməsinin məsuliyyəti həm Rusiyanın, həm də ABŞ və Fransanın üzərindədir”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
