Nida Təhlil
Rusiya qaranlıq qalan suallara cavab verməlidir - ANALİTİK
“Rəsmi Moskva “İsgəndər-M” ilə bağlı mövqeyini bildirməyib. Rusiyanın məsələyə rəsmi şəkildə münasibət bildirməməsi, məsələnin yalnız mediada nəzarətə götürülməsi və araşdırmaya başlanması barədə məlumatlar Azərbaycan ictimaiyyətinin narahatlığını aradan qaldırmır. Ortada açıq qalan suallar var və bunlara aydınlıq gətirilməlidir. Kremlin hazırda buna mövqe bildirməməsi onlara sərf etmir”.
Bu fikirləri Publika.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı deyib.
O bildirib ki, Kremlin “İsgəndər-M” ilə bağlı yayılan məlumatlara cavabı gecikir və burada müəmmalı detallar var: “Rusiya Ermənistana “İsgəndər-E” satdığını deyirdi, ancaq Şuşadan tapılan “İsgəndər-M” qalıqları bunun əksini göstərir. Ermənistana Rusiyadan başqa və ya onların razılığı olmadan hansısa ölkə silah satmır. Ona görə də Moskvanın hazırda bəyanat verməsi gecikir. Azərbaycan hökuməti indiki halda bir qədər yumşaq davranır, səbr nümayiş etdirir və rəsmi mövqe gözləyir. Rusiya mediasında da qeyri-leqal yolla “İsgəndər-M”in Ermənistana verilməsi ilə bağlı xəbərlər var. Paşinyan da bundan əvvəl açıqlama vermişdi ki, Rusiya bizə “İsgəndər” verdi, amma heç bir işə yaramadı və buna görə o, rəsmi Moskvanı günahlandırırdı. Rusiya qaranlıq qalan suallara mütləq cavab verməlidir”.
T.Qasımlının sözlərinə görə, Şuşadan tapılan “İsgəndər-M” beynəlxalq hüquqda istifadə olunması qadağan olunan silahlara aiddir ki, onun da atılmasına görə qarşı tərəfdən təzminat tələb edilə bilər: “Azərbaycan tərəfi Ermənistanın müharibə zamanı “İsgəndər-M” silahından istifadə olunmasına görə beynəlxalq məhkəmələrə müraciət edib təzminat ala bilər. Ümumilikdə, biz ermənilərdən 30 ildir törətdikləri qanunsuzluqlara görə təzminat tələb edəcəyik. Onlar müharibənin gedişində Gəncəni, Bərdəni, Tərtəri qadağan olunan silahlarla vurduqlarına görə cavab verəcəklər. “İsgəndər-M”dən istifadəni də ora əlavə edə bilərik. Biz beynəlxalq hüquqa görə bütün gücümüzü işə salıb, ermənilərin 30 il ərzində etdiklərini hüquqi müstəviyə çıxarmalıyıq”.
Akqabay Mıradov
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...










.jpg)




.png)







.jpg)

.jpg)










