Nida Təhlil
İƏT hər zaman Azərbaycanın haqq işinə dəstək verib - RƏY
“İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük qurumlarından biridir. Bu təşkilat həmişə ölkəmizə dəstək verib. Azərbaycanın haqq işini dəstəkləyib. Bu təşkilatının rəhbərliyinin ölkəmizdə olması, Azərbaycanın dini rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə və digər dini konfensiyaların görüşməsi, onlarla birlikdə işğaldan azad olunmuş ərazilərə, Gəncəyə getməsi, Bərdə və Ağdama baş çəkməsi, onların bütün erməni vəhşiliklərini öz gözləri ilə görmələri, bu vəhşiliklər haqqında səsləndirdikləri fikirlər dünyanın aparıcı media qurumlarında səslənəcək”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Vüqar İsgəndərov deyib.
Millət vəkili bildirib ki, eyni zamanda, erməni vəhşiliyi bütün dünyaya göstəriləcək:
“Azərbaycanın ədalətli mövqeyi, haqq səsi belə insanlar vasitəsi ilə dünya ictimaiyyətinə çatdırılacaq. Ümumiyyətlə, İslam Əməkdaşlıq Təşkilatının sözün əsl mənasında Azərbaycanla sıx əlaqələri var. Cənab Prezident Qoşulmama Hərəkatının sədri olandan sonra bu iki təşkilat arasında da qarşılıqlı münasibətlər yüksək səviyyəyə qalxıb. Cənab Prezident bu təşkilata sədr olandan sonra iki qurum arasındakı əlaqələr daha da yüksələn xətt üzrə inkişaf edir”.
Deputatın fikrincə, İslam Əməkdaşlıq Təşkilatı lap əvvəllərdən də Azərbaycanın haqq işinə dəstək verib:
“Eyni zamanda, ərazi bütövlüyümüzü də dəstəkləyiblər. 44 günlük müqəddəs Vətən Müharibəmizdə də yanımızda olublar. Ümumiyyətlə, həmişə öz bəyanatlarında işğal edilmiş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması üçün müxtəlif vaxtlarda bir sıra bəyanatlar veriblər. Ona görə də yenə bu təşkilatın Azərbaycanı dəstəkləməsi, dövlətimizin yanında olması bunu deməyə əsas verir ki, bu təkcə ölkəmizin yanında olmaq demək deyil. Bu təşkilat ümumən haqq işinin, beynəlxalq hüququn və ədalətin yanındadır”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı





























.jpg)



.jpg)

