Nida Təhlil
Bu, media tariximizdə inqilabi hadisədir - Hikmət Babaoğlu
"Qardaş Türkiyə ilə Azərbaycan arasında ortaq media platformasının yaradılması media tariximizdə inqilabi hadisədir. Bu hadisə hər şeydən öncə iki qardaş xalqın milli maraqlarının qlobal media müstəvisində strateji baxımdan qorunmasına xidmət edəcək".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Millət vəkili bildirib ki, media yumşaq güc vasitəsidir:
"Eyni zamanda, informasiya cəmiyyətinin ən universal və effektiv alətlərindən biridir. Onu istənilən sahəyə tətbiq etməklə maksimum səmərə əldə etmək mümkündür. Çünki söhbət qlobal informasiya məkanında milli maraqların qorunmasından gedir və bu məkanda ən strateji məsələlər məhz informasiya vasitəsilə həll edilir. Ona görə də digər bütün sahələrdə olduğu kimi, iki qardaş ölkənin media sahəsində də strateji əməkdaşlıq milli və qlobal çağırışdır. Artıq bu sahədə olduqca mühüm addımlar atılıb. Bu istiqamətdə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin sədri Fahrettin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin qısa müddətdə gördükləri böyük işlər bu mühüm vəzifənin icra edilməsi ilə bağlı konkret nəticələrə gətirib çıxarıb. "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumu Milli Məclisdə təsdiq edilib".
Deputat qeyd edib ki, bundan dərhal sonra Türk Şurasına üzv olan digər dövlətlərin də iştirakı ilə belə bir ortaq qurumun yaradılmasıyla bağlı məqsəd müəyyənləşdirilib və Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstanın media sahələrinə məsul şəxslərinin iştirakı ilə 9-10 aprel tarixlərində Bakıda toplantı keçirilib:
"Biz ən yeni siyasi tariximizin çox mühüm səhifəsini yaratdıq. 44 günlük müharibədə qardaş Türkiyənin verdiyi hərtərəfli dəstəklə torpaqlarımızı işğaldan azad etdik. Nəzərə almaq lazımdır ki, bu dəstəyin ən strateji istiqamətlərindən birini də informasiya müharibəsi platformasında olan dəstək təşkil etdi. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin sədri Fahrettin Altun Vətən müharibəsi prosesində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində xarici medianın diqqətini ölkəmizə cəlb etməklə səsimizin dünya ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət həyata keçirdi. Bütün bunlarla yanaşı, ortaq media platforması təkcə qlobal media məkanında birgə fəaliyyəti deyil, həm də milli media məkanımızın qarşılıqlı inteqrasiyası baxımından olduqca əhəmiyyətli bir quruma çevriləcək. Milli media resurslarımız qlobal informasiya məkanında səmərəli fəaliyyətimizi təyin edən baza rolunu oynayacaq".
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





