Nida Təhlil
Azərbaycan NATO ilə əməkdaşlığa sadiqdir – Deputat
“Ölkəmiz bir sıra beynəlxalq miqyaslı təşkilatlarla əməkdaşlıq edir. Onlardan biri də Şimali Atlantika Müqaviləsi Təşkilatıdır. Ölkəmizin NATO ilə əlaqələrinin bünövrəsi 4 may 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. O vaxt Azərbaycanla NATO arasında “Sülh Naminə Tərəfdaşlıq” sazişi imzalanıb. Biz həmin sazişə qoşulmaqla NATO ilə ortaq nüanslı, geniş spektrli məsələləri bir yerdə icra etmişik. Ümumiyyətlə, Azərbaycan həmişə imza atdığı sənədlərə sadiq olub”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, bu sahədəki qarşıya qoyulmuş bütün məsələləri ləyaqətlə və uğurla yerinə yetirmişik:
“Azərbaycan öz milli maraqlarını qorumaqla çoxşaxəli xarici siyasət kursu həyata keçirir. Onlardan biri də “Sülh Naminə Tərəfdaşlıq” sazişinin bərabərhüquqlu üzvü kimi NATO-nun beynəlxalq əhəmiyyətli missiyalarına töhfəmizi verməyimizlə bağlıdır. 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərdən ibarət heyəti NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhyaratma əməliyyatlarına cəlb olundu. Hazırda 120 nəfərlik kontingentimiz alyansın Əfqanıstandakı qətiyyətli dəstək missiyasının tərkibində xidmət göstərir. Biz NATO-ya digər töhfələr də verməkdəyik. NATO Azərbaycan ərazisindən tranzit kimi istifadə edir. ABŞ-ın Dövlət katibi Entoni Blinken də Azərbaycan Prezidentinə telefon zəngində bu məqamlara toxundu. Söhbət zamanı Dövlət katibi Azərbaycanın Əfqanıstandakı sülhyaratma missiyasındakı fəaliyyətini yüksək qiymətləndirdi. O, regional təhlükəsizlik sahəsindəki əməkdaşlığa da toxundu. Cənab Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan Əfqanıstandakı sülhyaratma missiyasında ilk dövrlərdən iştirak edir”.
Deputat əlavə edib ki, ölkəmiz beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin qorunmasında ABŞ və digər ölkələrlə sıx şəkildə əməkdaşlıq edir:
“NATO ilə əməkdaşlıq Azərbaycan Ordusunun peşəkarlığına da müsbət təsir edir. Hazırda ölkəmiz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan Ordusu hazırda regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət göstərir. 44 günlük Vətən müharibəsi dövründə də ordumuz öz gücünü, yüksək peşəkarlığını, döyüş qabiliyyətini bütün dünyaya bəyan etdi. Silahlı Qüvvələrimiz bütün dünyaya yeni, 5-ci nəsil müharibənin necə aparılmalı olduğunu göstərdi. Biz də bir azərbaycanlı kimi bununla fəxr edirik. Artıq Qarabağ münaqişəsi öz həllini tapıb. Şanlı ordumuz cənab Ali Baş Komandanımızın rəhbərliyi altında bu missiyanı çox uğurla həyata keçirib. Ordu quruculuğuna diqqət və qayğı daha da artırılıb.
Bu proses davamlı olacaq. Çünki biz güclü iqtisadiyyat qurmuşuq. Ölkəmiz uğurla inkişaf edir. Bu uğuru şərtləndirən cəhətlərdən biri də müasir və güclü ordunun olmasıdır. Güclü ordumuzun olması üçün biz qardaş Türkiyə və digər dövlətlərlə sıx əməkdaşlıq içərisindəyik. Ordumuzun gücləndirilməsi digər ölkələrə qarşı deyil. Ölkəmizin suverenliyini, təhlükəsizliyini, sərhəd bütövlüyünü qorumaq üçündür. Ordu quruculuğu ölkəmizdə həmişə inkişafda olacaq.
Azərbaycan sabitlik adasıdır. İnsanlarımız bunun bəhrəsini görür. Bütün sahələrdəki inkişaf sabitliklə bağlıdır. Sərhədlərimizin və suverenliyimizin qorunması bizim üçün həmişə güclü ordu anlayışını labüdləşdirir. Bu proses cənab Prezidentimizin rəhbərliyi altında uğurla davam etdiriləcək”.
Tural Turan
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar