Nida Təhlil
Avropa Parlamentinin bu tələbini qərəzli hesab edirəm - İsaxan Vəliyev
Avropa Parlamentinin 121 üzvünün Aİ sədrinə müraciət edərək Azərbaycandan “erməni əsirlərin” qaytarılmasını tələb etməyə çağırması ikili standartların bariz nümunəsidir. Əvvəla, burada söhbət “hərbi əsirlər”dən getmir. Söhbət müharibə bitəndən sonra Azərbaycan ərazisində terrorçuluq və separatist fəaliyyətlə məşğul olan bir qrup insandan gedir.
Bu sözləri Publika.az-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev deyib. Ekspert bildirib ki, Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin 10 noyabrda imzaladıqları üçtərəfli bəyannamədə erməni silahlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməli olduğu konkret tarix göstərilib:
“Müəyyən dəyişikliklər edildikdən sonra yaranmış vəziyyətlə əlaqədar olaraq bu məsələ dəqiqləşdi. Artıq hər bir dövlət təsdiq etmişdi ki, Azərbaycan Respublikasının ərazisindən Ermənistan silahlı qüvvələri çıxarılıb. Bundan sonra silahlı insanların Azərbaycan Respublikasının ərazisində olması, bəzi yerlərdə hətta diversiyalar törətməyə cəhd göstərməsi və Azərbaycan Silahlı Qüvvələri tərəfindən onların tərk-silah edilərək götürülməsi heç də müharibə dövründəki hərbi əsir anlayışı ilə ehtiva olunmur. Bu, tamamilə başqa bir məsələdir. Burada terrorçuluq fəaliyyəti ilə məşğul olan Ermənistan silahlı qüvvələrinin Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyətinə cəlbedilməsindən söhbət gedir. Bundan sonra hansı dövlətin və ya beynəlxalq təşkilatın necə qərar qəbul edəcəyindən asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olan istənilən qüvvə və ya şəxs Azərbaycan Silahlı Qüvvələri tərəfindən silahsızlaşdırılacaq və onların cinayət məsuliyyətinə cəlb edilməsi öz həllini tapacaq.
Avropa Parlamentinə sual vermək lazımdır ki, Birinci Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlı əsir götürüləndə niyə ermənilərə bu təsir və təzyiq vasitələrindən istifadə etmədilər? Bu günə qədər əsir götürülmüş və harada olduğu məlum olmayan minlərlə insanlarımız var. Halbuki bunların çoxu xüsusi xidmət orqanlarının məlumatlarına görə, kütləvi məzarlıqlarda dəfn olunublar. Bax bu məsələlərə Avropa Parlamenti diqqət yetirməli idi. AP Ermənistan tərəfindən tələb etməlidir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir götürülmüş azərbaycanlılar haradadır. Avropa Parlamenti bu sualın cavabını alsın, ondan sonra erməni əsirlərin qaytarılması məsələsini gündəmə gətirsin. Görək onda bu sualı kim məntiqi ardıcıllıqla cavablandıracaq, kimin əlində nə qədər beynəlxalq qanunvriciliyə əsaslanan dəlillər var. Yalnız bundan sonra kimin haqlı, kimin haqsız olduğu qənaətinə gəlmək olar. Əks təqdirdə Avropa Parlamentinin bu istək və tələbini qərəzli hesab edirəm.
Azərbaycan dövlətinin başçısı da dəfələrlə bəyan edib ki, bu “əsirlər” diversantlar və terrorçulardır və onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə məsuliyyətə cəlb edilməlidir. Hesab edirəm ki, bu, beynəlxalq tələblərə, hüquq və normalara cavab verən çox doğru bir mövqedir”.
Aytən Məftun
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu




























