Nida Təhlil
Njdenin İrəvandakı heykəli Rusiyaya həqarətdir – Deputat
Moskva vilayətindən olan Müharibə və Əmək Veteranları Şurası Qarabağda nasist Qaregin Njdeyə ucaldılmış abidənin götürülməsi ilə bağlı Rusiya rəhbərliyinə müraciət edib. Azərbaycan rəhbərliyi də dəfələrlə Njdenin İrəvandakı heykəlinin faşizmi təmsil etdiyini söyləyib.
Njdenin abidəsinin yalnız Qarabağdan deyil, İrəvandan da götürülməsi nə üçün vacibdir?
Milli Məclisin deputatı Asim Mollazadə Publika.az-a açıqlamasında söyləyib ki, Nürnberq Hərbi Tribunalının hökmü ilə hərbi cinayətlər törətmiş təşkilat kimi SS-ə qarşı çox ciddi cəzalar müəyyənləşdirilib:
“Təbii olaraq SS-i, faşizmi təbliğ etmək dünyanın bir çox ölkələrinin qanunvericiliyinə, hətta bildiyimə görə, Rusiya qanunvericiliyinə də ziddir. Ona görə də Rusiyanın müharibə veteranları, faşizmlə mübarizə aparan insanlar milyonlarla müharibə qurbanlarını qətlə yetirənlərin heykəllərinin ucaldılmasına qarşıdırlar. Bu, tam məntiqlidir”.
Deputat bildirib ki, Rusiya rəhbərliyi öz ölkəsinin qanunvericiliyinə uyğun olaraq faşizmlə mübarizə aparan veteranların sözlərini eşitməlidir:
“SS qüvvələrinin tərkibində döyüşmüş, fəaliyyət göstərmiş Qaregin Njdeyə Ermənistanda heykəl qoyulması faşizmlə mübarizə aparan bütün xalqlara qarşı təhqirdir. Eyni zamanda, Rusiyanın özünə qarşı da həqarətdir. Ona görə də Rusiya rəhbərliyi bununla bağlı müvafiq addımlar atmalıdır”.
Tural Turan
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





