Nida Təhlil
Faşizmin təbliği Almaniyada qadağan olunursa, niyə Ermənistan... - Hüquq müdafiəçisi
“Faşist Qaregin Njdenin heykəli Qarabağ ərazisindən - Xocavənd rayonundan götürülməlidir. Azərbaycan bununla bağlı müraciət etməlidir. Njdenin İrəvanda ucaldılan abidəsinin götürülməsi ilə bağlı isə Rusiya ortaya prinsipial mövqe qoymalıdır”.
Bunu Publika.az-a hüquq müdafiəçisi Əvəz Həsənov deyib.
Ə.Həsənov bildirib ki, bizim torpaqlarımızda, bizim tabeçiliyimizdə olan ərazilərdə faşizmin təbliğinə heç bir zaman imkan verilməyib və verilməməlidir: “Biz bu faşistin abidəsinin Qarabağdan götürülməsi ilə bağlı iddia edə bilərik. Onun heykəlinin İrəvandan götürülməsi məsələsi isə Rusiyanın əlindədir. Rusiya əgər həqiqətən də istəyirsə ki, onu oradan götürsün, bunu edə bilər. Qarabağdan isə mütləq götürülməlidir. Xüsusilə də bu cür faşist ideologiyasını dəstəkləyən insanların bizim ərazilərimizdə təbliği mümkünsüzdür.
Hər halda bəlli olan odur ki, Njdenin heykəli Xocavənddən götürülməyib. Təbii ki, Rusiya prinsipial mövqe sərgiləyəcəksə, faşist Njdenin heykəlinin İrəvandan götürülməsini təklif edəcək. Çünki Njde məhz faşist ideologiyasını yayan insanlardan biridir. Əgər bu gün Almaniyada Hitlərə heykəl qoyulmursa və ya onun əsərlərinə qadağa varsa, bu ideologiya hər yerdə qadağan olunubsa, başqa ölkələrdə də belə olmalıdır. Bu faşist ideologiyanı yayan insanların əbədiləşdirilməsi digər ölkələrdə mütləq qadağan olunmalıdır”.
Akqabay Mıradov
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
