Nida Təhlil
Ermənistanda azərbaycanlılara qarşı düşmənçilik təbliğ edilir - Deputat
Ermənilərin Cənubi Qafqaza köçürüldüyü dövrdən başlayaraq bölgə xalqları hər zaman ermənilər tərəfindən kütləvi qətlə, yaşayış yerlərinin dağıdılmasına məruz qalıblar. Azərbaycan xalqı 1905 və 1918-ci illərdə ermənilər tərəfindən törədilən soyqırımı hadisələrini yaxşı xatırlayır. O dövrdə də ermənilər yaşlı, qadın, azyaşlı uşaq olmağına baxmayaraq, Bakıda və bölgələrdə kütləvi qətllər törətdilər, çoxlu sayda azərbaycanlını qətlə yetirdilər. Bu hadisələrin qurbanları yalnız azərbaycanlılar deyil, bölgədə yaşayan digər xalqların nümayəndələri də olub.
Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov qeyd edib.
Deputat bildirib ki, Ermənistan sonrakı illərdə də bu siyasəti davam etdirib və sovet dövründə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qalıblar: "Ötən əsrin 50-ci və 80-ci illərində yüz minlərlə azərbaycanlı Ermənistanda kütləvi qətlə və qəsbə məruz qaldı. Onların evləri, ata-baba yurdları vəhşicəsinə dağıdıldı, yerlə-yeksan edildi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan havadarlarına güvənərək Azərbaycana qarşı təcavüz və soyqırımı siyasətini davam etdirdi. Xocalı soyqırımı bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilir. Xocalı hadisəsi ötən əsrin ən ağır soyqırımı hadisələrindən biridir. Bu hadisələr zamanı yüzlərlə azərbaycanlı növbəti dəfə ermənilərin kütləvi qətl və təcavüzünə məruz qaldı".
C.Məmmədovun sözlərinə görə, həmin dövrdə ermənilər yalnız Xocalı soyqırımını törətməyiblər, Azərbaycan xalqı Ağdaban, Başlıbel və Ballıqaya faciələrini də heç zaman unutmayacaq: "Bu faciələr də ermənilər tərəfindən xüsusi amansızlıqla törədildi. Vətən müharibəsi dövründə də ermənilər bu vəhşilik və qəddarlığı davam etdirdilər. Gəncənin, Tərtərin və digər şəhərlərimizin gecə vaxtı davamlı raket atəşinə məruz qalması erməni vəhşiliyinin növbəti bariz nümunəsi idi. Yenə yaşlı insanlar, qadınlar, uşaqlar erməni təcavüzünün qurbanına çevrildilər".
Millət vəkili qeyd edib ki, bu gün də Ermənistan mətbuatını, sosial şəbəkələrin erməni seqmentini təhlil etdikdə azərbaycanlılara qarşı nifrətin və düşmənçiliyin davamlı xarakter aldığını görürük: "Ermənistanda hər yerdə azərbaycanlılara qarşı düşmənçilik təbliğ edilir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hazırladığı hesabat bütün bu faciələrlə bağlı məlumatları özündə müfəssəl ehtiva edir. Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması işinə sözügedən hesabat mühüm töhfə verə bilər. Hesabat hazırda davam edən informasiya müharibəsində bu istiqamətdə çalışan ayrı-ayrı dövlət qurumlarının masaüstü kitabı rolunu da oynaya bilər".
Akqabay
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika23 Noyabr 16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 23 Noyabr 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika23 Noyabr 14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır

















.jpg)





.jpg)











