Nida Təhlil
Ulu öndər qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi - Deputat
"Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsilə Azərbaycanda təmin olunmuş sabitlik inkişafın effektiv baza komponentlərini formalaşdırmağa imkan verdi. Xalq həmin dövrün mürəkkəbliyini, vəziyyətin çıxılmazlığını dərk edərək ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb etdi. Mövcud vəziyyət ilkin olaraq milli inkişaf və təhlükəsizlik siyasətinin formalaşdırılmasını və həyata keçirilməsini tələb edirdi. Bunun üçün ictimai münasibətlərin tənzimlənməsi, dövlət idarəçiliyi sahələrində böyük təcrübəyə və preventiv addımlar atmaq bacarığına malik olmaq lazım idi".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Millət vəkili bildirib ki, yüksək liderlik keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman kəsiyində ölkədə sabitliyi təmin etdi:
"Müstəqilliyimizə və suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini sabitliyin təmin olunması, milli-iqtisadi sistemin yaradılması və milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib məsələsinin həll olunmasını təmin etdi. Belə ki, məhz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası ölkənin bütün istiqamətlərdə - siyasi, iqtisadi, hərbi, informasiya potensialını formalaşdıraraq, davamlı olaraq gücləndirərək ərazi bütövlüyünün təmin olunmasına imkan verdi. Təbii ki, bu strategiyanın dinamik dəyişən zamanın tələblərinə uyğun yeni elementlərlə zənginləşdirilməsi də böyük müdriklik və yaxşı idarəçilik təcrübəsi tələb edirdi".
Deputat qeyd edib ki, 2003-cü ildə böyük elektoral dəstəklə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev idarəçiliyinin elə ilk vaxtlarından məsələlərə və proseslərə özünün strateji baxışları ilə diqqəti cəlb edirdi:
"Həm xarizmatik liderin bütün keyfiyyətlərinə, həm də effektiv dövlət idarəediciliyi bacarıqlarına və təcrübəsinə malik Prezident İlham Əliyev ulu öndərin ideyalarını daha da inkişaf etdirərək milli inkişafın yeni modelini yaratdı. Ölkənin qarşısında duran inkişaf hədəflərinə ardıcıl və sistemli şəkildə çatılması yolunda bütün addımlar atıldı".
Tural Turan
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə













.jpg)
















.jpg)
.jpg)




