Nida Təhlil
Britaniya kraliçası və Si Cinpinin İlham Əliyevə məktubunun şifrələri
Bu il 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidentini ilk təbrik edən II Elizabet və Si Cinpin oldu.
İlk təbrikin bu iki liderdən gəlməsi təsadüf deyil. Çindən Britaniyaya uzanan “Bir kəmər, bir yol” layihəsində Azərbaycandan keçən Orta Dəhliz Qarabağ müharibəsindən sonra daha da aktuallaşdı və Şimal və Cənub dəhlizlərinin Bakı üzərində altılıq platforması çərçivəsində birləşməsi ideyası ortaya çıxdı. Əslində böyük tabloda baxdıqda 30 il sonra müharibə edə bilməyimiz və qalib gəlməyimizin əsas səbəbinin bu layihə olduğunu deyə bilərik. Əliyev geosiyasi dəyişikliyi doğru oxuya bildi.
Zəngəzur dəhlizi üzərindəki geosiyasi toqquşma da bu prosesin tərkib hissəsidir.
Çətinliklər olacaq, amma Cənubi Qafqazdakı regional toqquşmada qalibin Azərbaycan, bölgə üzərindən aparılan geosiyasi toqquşmada qalibin Azərbaycanın yer aldığı cəbhənin olacağı ehtimalı böyükdür. Çünki “Bir kəmər, bir yol” Avrasiyanın, eləcə də dünyanın gələcəyini müəyyənləşdirəcək layihədir. Çindən başlanan pandemiyanın ABŞ-da zirvəyə çatmasına da, Türk Şurasının regional gücə çevrilməsi perspektivinə də, rusların TŞ-yə qoşulmaq niyyətini yenidən gündəmə gətirməsinə də bu kontekstdə baxa bilərik. Pandemiyadan sonra haqqında tez-tez bəhs edilən yeni dünya artıq təkqütblü olmayacaq.
Rusiya və İran layihədə yer alır, amma Moskva və Tehranın əks-həmlələrinin səbəbi Orta Dəhlizin aktuallaşması ilə layihədən daha az pay götürəcəkləri narahatlığı və Ankaradan Mərkəzi Asiyaya uzanan coğrafiyada yeni regional gücün formalaşmasıdır.
Yeni dünyada Azərbaycanın siyasi tarazlıq yaradan oyunçu olduğu da zamanla daha aydın görünəcək. İlk təbriklərin Pekin və Londondan edilməsi bu reallığın kiçik detallarındandır. Böyük oyunda kiçik detallardan biri olan Xankəndi məsələsinin də prosesin təbii axarında istəyimizə uyğun həllini görə biləcəyik.
Və indi məlum olur ki, Əliyevin “XXI əsr Türk dünyası əsri olacaq” sözləri ritorika deyilmiş...
Asif Nərimanlı
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki
-
Ekologiya12:48Sabaha gözlənilən hava şəraiti açıqlandı
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
-
MDB11:28Moskva bu çətin dövrdə Tehranın sadiq dostu olaraq qalır - Putin
-
Magazin210:04Məşhur aktyor yatıb ayılmadı
-
Hadisə09:53Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi - Foto
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO































.jpg)



.jpg)
