Nida Təhlil
Dünyanın bir çox ölkələri Azərbaycanla daha çox hesablaşmağa başlayıb - Faiq Ələkbərli
Azərbaycan Cümhuriyyətinin qurulması çağdaş dövrümüzün ən mühüm tarixi hadisələrindən biridir. Vaxtı ilə süquta uğrayan itirdiyimiz dövlətlərdən sonra böyük Azərbaycanda kiçik də olsa belə bir dövlətin qurulması Azərbaycan xalqı və türkləri üçün çox böyük bir anlam daşıyırdı. Çünki bu, xalqın yenidən toparlanması və birləşməsi demək idi. Səfəvilər, Qacarlar və digər dövlətlərimiz daha çox sultanlıq və monarxiya üzərində qurulmuşdu. Azərbaycan Cümhuriyyəti isə Şərqdə demokratik əsaslarla qurulan ilk parlamentli respublika idi.
Bu sözləri Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli deyib.
Ekspert bildirib ki, Azərbaycan Cümhuriyyəti mövcud olduğu qısa müddətdə parlamentli respublika kimi bir çox önəmli qanunlar qəbul edib: “Azərbaycan Cümhuriyyətinin qurucuları mətbuat və vicdan azadlığı, eyni zamanda səhiyyə və təhsillə bağlı öz dövrü üçün çox dəyərli qanunlar qəbul etdi. Nəinki Yaxın Şərq ölkələrini, bütövlükdə bütün Şərq dünyasını, hətta bir çox Avropa ölkələrini də üstələyəcək qərarlar həyata keçirilmişdi. Ümumiyyətlə, Cümhuriyyətimizin daha çox demokratiya prinsiplərinə əsaslanması önəmli addım idi.
Dövlətimizə Azərbaycan adının verilməsi də diqqətəlayiq hadisə idi. Hətta o dövrdə də bir çoxları hesab edirdi ki, niyə türklərin adına uyğun olaraq Türküstan, Oğuzustan yox, məhz Azərbaycan adı verildi. Əslində ,Azərbaycan adının verilməsi ondan irəli gəlirdi ki, bu, sadəcə Şimal Azərbaycanın yox, gələcəkdə Cənubi Azərbaycanı da əhatə edəcək bir anlayış idi. Hesab edirəm ki, başqa bir ad verilsəydi, o zaman biz Cənubi Azərbaycanla özümüzü fərqli hesab edəcəkdik. Dövlətin adı Azərbaycan olsa da, onun ana dili türk dili idi, ümumiyyətlə hər kəs öz türk kimliyini bilirdi. Sadacə sovetlər birliyi dönəmində dilimiz də, tariximiz də Azərbaycan adı ilə eyniləşdirildi. Birmənalı şəkildə hesab edirəm ki, dövlətimizə Azərbaycan adı verilməklə Təbrizli, Xoylu, Bakılı, Gəncəli, Şəkili, Şirvanlı- bütün azərbaycanlıları birləşdirmək başda Məhəmməd Əmin Rəsulzadənin məfkurəsinin nəticəsi idi. Cümhuriyyət dönəmində bir polis olmadan ordu yaratmaq, milli mətbuatın yenidən formalaşmasına çalışmaq, demokratik təchizatlar qurmaq o dönəm üçün olduqca əhəmiyyətli addımlar idi. 18-20-ci illərdə həm islam dünyası, həm də dünya birliyi içərisində Azərbaycan Cümhuriyyəti yeni bir mərhələyə qədəm qoydu”.
F.Ələkbərli qeyd edib ki, Azərbaycan Cümhuriyyətinin tarixi əhəmiyyətini və yerini bundan sonrakı nəsillərə də çatdırsaq, bu günki Azərbaycan daha da qüdrətlənəcək: “Uzun müddət sıxıntı içərisində yaşadıq, xüsusilə torpaqlarımızın bir qisminin işğal altında olması Ermənistan və havadarlarının işğalı altında olması bizim üçün böyük bir problem idi. Şükürlər olsun ki, 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qüdrətli ordusu böyük bir qələbə əldə etdi. Bununla həm Azərbaycan beynəlxalq nüfuzunu artırdı, həm də dünyanın BMT-yə daxil olan bir çox ölkələri Azərbaycanla daha çox hesablaşmağa başladı. Güclənmə siyasətini davam etdirməklə Türkiyədən sonra biz bölgədə böyük nüfuz sahibi olan bir səviyyəyə gəlib çıxırıq. Bu proses davam edir və Azərbaycanın sərhədlərindən kənardan yaşayan həmvətənlərimizə də böyük təsir edir”.
Aytən Məftun
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...