Nida Təhlil
Biz dünyaya sülh mesajı veririk - Deputat
“44 günlük Vətən müharibəsində zəfərimizdən sonra post-müharibə dövründə artıq ölkəmizdə bütün sahələr üzrə inkişaf göz önündədir. Müharibədən təxminən 6-7 ay sonra “Formula 1” yarışlarının ölkəmizdə gerçəkləşməsi Azərbaycanda bütün sahələr üzrə çevik siyasətin həyata keçirilməsinin bariz nümunəsidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, biz sürətlə, çevik şəkildə toparlanmağı bacarırıq:
“Bu vaxta qədər “Formula 1” yarışlarını necə təşkil etmişiksə, bu dəfə də eyni şəkildə keçirəcəyik. Belə bir yarışın vətənimizdə keçirilməsi ölkəmizin, xalqımızın sülhpərvərliyinə bir işarədir. Biz dünyaya sülh mesajı veririk. Eyni zamanda, mədəni dəyərlərimizi göstərməkdəyik. Çünki idman sülhü, əmin-amanlığı təbliğ və tərənnüm edir. İdman vasitəsi ilə bütün dünyaya, cəmiyyətlərə dostluq, qardaşlıq ismarışları verilir. Biz bilirik ki, bu yarışları yarım milyarddan çox insan izləyir. Bir neçə gün ərzində dünya Azərbaycan, Bakı deyəcək. Biz bu yarışların ölkəmizdə keçirilməsini təşkil etməklə bütün bəşəriyyətə müharibədən sonra sözün əsl mənasında toparlanmış və sülhü təbliğ edən bir ölkəni göstərə biləcəyik”.
Deputat vurğulayıb ki, insanlarımız da bu yarışlardan dolayı, müvəqqəti narahatlığı çox gözəl başa düşür:
“Yolların bağlanmasını, sıxlığı anlayışla qarşılayırlar. Bu, bizim xalqımızın böyüklüyünün göstəricisidir. Xalqımız, vətəndaşlarımız anlayır ki, “Formula 1” yarışlarının keçirilməsi bizim üçün çox vacib məsələdir. Bu yarışın bir başqa dividendi isə ölkəmizə turist axınının təmin edilməsi ilə bağlıdır. Bilirik ki, pandemiyanın ən çox ziyan vurduğu sahələrdən biri də turizmdir. Dünya ölkələri pandemiya dövründə turizmdən böyük əziyyət çəkib. Hər yerdə sərhədlər bağlıdır. İl yarımdır ki, bu sektor tamamilə çöküb. Bundan əvvəlki yarışlarda ölkəmizə kütləvi turist axınının şahidi olduğumuz kimi, belə idman yarışlarını keçirməklə turizm sektorunu da dirçəltməyə çalışacağıq.
“Formula 1” yarışlarının keçirilməsi turizm sektorunu da stimullaşdıracaq. İnanırıq ki, həmişə olduğu kimi yenə də ölkəmizə daha çox turistin gəlməsinə səbəb olacaq. Ümumilikdə götürsək, bu turnir, eləcə də digər idman yarışları, futbol üzrə Avropa çempionatı bir daha göstərəcək ki, Azərbaycan sözün əsl mənasında yüksək dəyərləri olan bir ölkədir. Ölkə olaraq biz dünyaya sülh, əmin-amanlıq, mədəniyyət, idman kontekstində bəşəri dəyərlərin mesajlarını veririk”.
Tural Turan
-
Hadisə22:32Ağdamda mina partlayışları müşahidə olunur - Yeniləndi
-
Dünya19:10"Facebook" və "Instagram"a nə oldu?
-
ABŞ18:40İranın hər hücumuna görə bir körpü və ES bombalanacaq - Tramp
-
Səhiyyə18:20Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı
-
Dünya17:20Bu dağlarda sərvət tapıldı: Dünyanın ən böyük qızıl yatağı kəşf edildi
-
Sosial15:32Bakı metrosunda iş rejimi dəyişdirilir
-
Səhiyyə15:11Tarif Şurasından dərmanlarla bağlı qərar
-
Rəsmi xronika14:27İlham Əliyev fərman imzaladı






































