Nida Təhlil
Bu, jurnalistlərin rifahını yaxşılaşdıracaq - Baş redaktor
“Medianın İnkişafı Agentliyi tərəfindən həm çap, həm də onlayn mediaya maliyyə yardımının göstərilməsi ilə bağlı elan edilən son müsabiqələr qəzetlər və saytlar üçün yeni imkan, fürsət deməkdir. Media sahəsində aparılan islahatların tərkib hissəsi olan yeni yanaşmaların ortaya qoyulması dövlət tərəfindən maliyyə yardımı alan media orqanlarının əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq”.
Bunu Publika.az-a açıqlamasında “Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib. Baş redaktor bildirib ki, çap mediası ilə bağlı dəyişikliklərə gəldikdə isə, qəzetlərlə yanaşı, onların veb-səhifələrinə də maliyyə dəstəyinin göstərilməsinin nəzərdə tutulması yenilikdir:
“Bu qərar qəzetlərin internet səhifələrinin daha da inkişaf etdirilməsi, yenidən qurulması, texniki imkanlarının genişləndirilməsi istiqamətində mühüm rol oynayacaq. Eyni zamanda, son illərdə çap mediasının yayımı ilə bağlı yaranan çətinliklərin nəzərə alınaraq tiraj və yayımla bağlı əvvəlki tələblərin yumşaldılmasını da alqışlayıram. Qəzetlər arasında rəqabət mühitini artırmaq, oxucu kütləsi toplamaqla iqtisadi dayanıqlıqlarını təşkil etmək üçün müxtəlif bonuslar da nəzərdə tutulur. Sənədlərin qəbulu prosesinin elektronlaşdırılması, qaydaların daha da asanlaşdırılması əlavə vaxt itkisi amilini də aradan qaldırır”.
Sevinc Seyidovanın fikrincə, həmçinin, jurnalistlərin əməkhaqları ilə bağlı əksini tapan müddəalar yaradıcı heyətin sosial-iqtisadi rifah halının daha da yaxşılaşdırılmasına təkan verəcək:
“Onlayn media ilə bağlı tələblərə gəldikdə isə, bu təcrübə ölkəmizdə ilkdir. Lakin qaydalarla tanış olduqda maksimum mütərəqqi yanaşmanın ortaya qoyulduğunun şahidi oluruq. Özünü təsdiqləmək, daha da inkişaf etmək istəyən hər bir onlayn media təmsilçisi mövcud şərtlər daxilində müsabiqəyə qatıla bilər. İnanıram ki, media təmsilçiləri olaraq bundan sonra da Medianın İnkişafı Agentliyi tərəfindən KİV-lərin inkişafına, iqtisadi müstəqilliklərinin artırılmasına, jurnalistlərin sosial rifah səviyyəsinin yüksəldilməsinə hesablanan addımların, layihələrin şahidi olacağıq. Qarşıdakı müsabiqələrə qatılacaq bütün həmkarlarımıza isə uğurlar diləyirəm”.
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


