Nida Təhlil
Azərbaycan bu məsələdə vasitəçiliyi qəbul etməyəcək - Politoloq
“Qarabağ ilə bağlı proseslərə beynəlxalq təşkilatların qoşulması məsələsinə Ermənistanın razılığı lazım deyil. Çünki münaqişə bitənə qədər olan hadisələr Azərbaycan ərazisində baş verib. Beynəlxalq təşkilatlar bu kimi məsələləri Bakı ilə müzakirə edə bilərlər”.
Bunu Publika.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. Politoloq bildirib ki, Ermənistanın proseslərə qoşulması yalnız sərhəd mövzularında mümkündür:
“Ona görə ki, birbaşa Ermənistanla əlaqədar olan mövzudur. Burada beynəlxalq müstəvidə tanınan sərhədləri nəzərdə tuturam. Fransa tərəfi “Qarabağın statusu” məsələsini mütəmadi olaraq dilə gətirir. Təbii ki, bu, qəbuledilməzdir. Azərbaycan artıq münaqişənin tarixə qovuşduğunu, bitdiyini bildirib”.
Politoloqun fikrincə, rəsmi Bakı heç bir halda bu məsələdə vasitəçiliyi qəbul etməz:
“Bu məsələdə birmənalı mövqeyimiz məhz bundan ibarətdir. O ki, qaldı beynəlxalq təşkilatların bu və ya digər mövzulara müdaxiləsinə, o cümlədən humanitar mövzulara, onların hansısa təklifləri varsa, həmin təklifləri Rusiya Xarici İşlər nazirinə verməsinlər. Azərbaycan tərəfinə ünvanlasınlar. O zaman bu kimi məsələlərə baxıla bilər”.
Qeyd edək ki, iyunun 7-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Fransa və Almaniya XİN rəhbərləri Jan-İv Le Drian və Hayko Maas arasında telefon danışığı baş tutub. Nazirlər Ermənistan-Azərbaycan sərhədi və Qarabağdakı vəziyyət, həmçinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının icrası ilə bağlı məsələləri müzakirə ediblər. Rusiya tərəfindən qeyd olunub ki, beynəlxalq təşkilatların prosesə qoşulması yalnız Bakı və İrəvanın razılığı ilə mümkündür.
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)
























.jpg)
.jpg)

