Nida Təhlil
"Əvvəlki diversantlar kimi, Kartanyanın da ərazimizə keçidi..." - RƏY
"Dünən əsir düşmüş Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Kartanyanın bu gün geri qaytarılması Azərbaycan dövlətinin apardığı humanist siyasətin təzahürü kimi qiymətləndirilməlidir".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, eyni zamanda, bu fakt bir daha onu göstərir ki, kimliyindən asılı olmayaraq, hər kəsə qarşı ədalətli münasibət göstərilir və konkret törətdiyi cinayət əməlinə uyğun qanuni tədbir görülür:
"Əvvəlki diversantlarda olduğu kimi, Kartanyanın da ərazimizə keçidi ətraflı araşdırılmış və onun hərəkətlərində cinayət tərkibi olmadığından ölkəsinə qaytarılmışdır. Təsadüfən yolu azaraq, sərhədi keçmiş əsgərlə, mina basdıranları, hərbiçilərə və mülki şəxslərə qəfil hücum edərək qətlə yetirən diversantları, yaxud uzun illər əsir düşmüş azərbaycanlıları vəhşicəsinə istismar edənləri bir tərəziyə qoymaq olmaz. Hesab edirəm ki, bu yanaşma olduqca doğrudur və beynəlxalq birliyə, erməni tərəfinə verilmiş siqnaldır. Azərbaycan cinayətkarı cəzalandırır, günahsızı isı, hər hansı vasitəçi olmadan belə operativ şəkildə azad edir".
Tural Turan
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!




























.jpg)









