Nida Təhlil
Ərdoğanın budəfəki səfəri tarixi hadisədir – Azər Badamov
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri öz əhəmiyyətinə görə böyük tarixi hadisədir. Çünki səfərin gündəliyi çox zəngindir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Ərdoğan səfər çərçivəsində Bakıda Türkiyə millisinin matçını izləyəcək və tarixdə ilk dəfə olaraq azad Şuşaya səfər edərək orada rəsmi görüşlər keçirəcək:
“Türkiyə Prezidentinin belə əlamətdar hadisələrlə bağlı ölkəmizə səfər etməsi əsl qardaşlığın və dostluğun nümayişi deməkdir. Bu qardaşlıq və dostluq dövlət başçılarımızın şəxsi münasibətləri üzərində daha da möhkəmlənib. Rəcəb Tayyib Ərdoğanın Azərbaycana budəfəki səfəri həm də düşmənlərimizə bir mesajdır. Bu o deməkdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman və necə lazımdırsa Azərbaycanın yanındadır”.
Deputatın fikrincə, Azərbaycanın müharibədən 7 ay sonra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin iqtisadi gücünü göstərir:
“Bu o deməkdir ki, 2020-ci ilin maliyyə çətinliklərini arxada qoyaraq inkişafın yeni mərhələsinə daxil olmuşuq. Azərbaycan ən sakit, təhlükəsiz, inkişaf edən və beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir infrastruktur yaratmış ölkədir. Həm də beynəlxalq tədbirlərin keçirilməsində ölkəmiz böyük təcrübə qazanıb. Beynəlxalq tədbirlərin təşkilatçıları üçün qeyd etdiyim amillər əsasdır və Azərbaycanı daha münasib hesab edirlər. Beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması və turizm sektorunun yenidən dirçəldilməsi baxımından çox vacibdir. Düşünürəm ki, keçirilən beynəlxalq yarışlar dünyanın Azərbaycana marağını artıracaq və dünya turizm sənayesində payımızın artmasına təkan verəcək”.
Tural Turan
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi
-
Nəqliyyat12 İyun 17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir


























.jpg)









