Nida Təhlil
Düşmən məktəblərdə dron dərsləri keçir, bizdə isə....
Ermənistanın Dilican şəhərindəki hərbi məktəbdə dronlar üzrə "Armath Airborne" mərkəzi yaradılıb.
Publika.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz qeyd edib.
O bildirib ki, “Armath Airborne" Ermənistanın "Armath" mühəndis laboratoriyalarının inkişafı üzrə proqramın tərkib hissəsidir:

"15-18 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Onlar bu proqram çərçivəsində dronlar, onların hazırlanması və idarə edilməsi, dronların proqram təminatı üzrə nəzəri və praktiki bilik-bacarıqlar qazanacaqlar. Bu tip mərkəzlərin Ermənistanın 65 şəhərində və Xankəndidə açılmasını nəzərdə tutublar.
Erməni uşaqların bütün məktəblərdə, kütləvi olaraq kodlaşdırma üzrə elementar baza bilikləri və rəqəmsal bacarıqlar qazanması üçün də "Telekom Armenia" (Beeline) və digər qurumlar, diasporun dəstəyi ilə iş aparırlar.
Qeyd edim ki, ölkəmizdə dronların gətirilməsi və istifadəsi məhdudlaşdırılıb. 6 dövlət qurumu dron gətirilməsinə icazə verməlidir. Normal qaydalar hazırlanmayıb, NRYTN Dövlət Mülki Aviasiya Agentliyinin "Mülki pilotsuz uçan aparatların qeydiyyatı və uçuşlarına icazəyə dair müvəqqəti prosedur" mövcuddur. Bu sahəni liberallaşdırmaq, uşaqların və gənclərin bu sahə üzrə, ümumiyyətlə, rəqəmsal bilik və bacarıqlar qazanmaq üzrə imkanlarını genişləndirmək və kütləviləşdirmək doğru olardı".
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi






.jpg)






.jpg)





















.jpg)
.jpg)