Nida Təhlil
Azərbaycan İƏT-lə əməkdaşlığa xüsusi önəm verir - Deputat
Azərbaycan öz siyasətində hər zaman İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əməkdaşlığa xüsusi önəm verib. İƏT də həmişə ölkəmizin Qarabağla bağlı mövqeyini birmənalı və ardıcıl olaraq dəstəkləyib və ötən dövr ərzində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edib, 2016-cı ildə Təmas Qrupu təsis edib.
Bunu Publika.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı Vətən müharibəsində Azərbaycanı dəstəkləyən qətiyyətli mövqe nümayiş etdirib: “44 günlük Vətən müharibəsində hər zaman İƏT-in dəstəyini və qətiyyətli mövqeyini hiss etdik. İƏT nümayəndələrinin Azərbaycana səfəri, burada Təmas Qrupunun təsis edilməsi və davamlı bəyanatların verilməsi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Bu quruma üzv olan ölkələrə Azərbaycan daim yardım göstərib. Təşkilata üzv olan ayrı-ayrı ölkələr həm bizə öz dəstəyini nümayiş etdirib, həm də dövlətimiz bu ölkələrə yardım əlini uzadıb. Xüsusilə, müharibənin ilk günlərindən Türkiyə, Pakistan və Əfqanıstan mənəvi və siyasi dəstəyini əsirgəmədi. İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri Azərbaycanda olaraq buradakı erməni vəhşiliyinin xüsusi şahidi oldular, öz ölkələri qarşısında məsələ qaldırdılar. Bu il İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvləri və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edərək Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi oldu. Cənab Prezident əvvəlki çıxışlarında da bunu xüsusi qeyd etmişdi”.
Deputat qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə İƏT ölkələrinə humanitar yardım göstərib: “Dövlətimiz bir müsəlman ölkəsi olaraq hər zaman bu qurumda aktiv fəaliyyət göstərib, İƏT-ə üzv ölkələr ilə uğurlu münasibətlər qurub. Əlaqələrimiz qarşılıqlı şəkildə inkişaf edir və bundan sonra da edəcək. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biridir. Dövlətimiz özü də bu quruma və qurumun fəaliyyətinə, İƏT-in həyata keçirdiyi tədbirlərə xüsusi önəm və diqqət ayırır. Bu da həmin təşkilat tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə ÜST vasitəsilə İƏT ölkələrinə humanitar və maliyyə yardımı göstərib, beynəlxalq miqyasda pandemiya ilə mübarizəyə töhfə verib”.
Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


