Nida Təhlil
Şuşa Bəyannaməsi bütün dünyaya mesajdır - Deputat
Şuşa Bəyannaməsi müstəqillik illərində qardaş ölkə ilə imzaladığımız ən böyük müqavilə sayılmalıdır. Bu bəyannamə indiyə qədərki münasibətlərimizin ən böyük zirvəsidir. Artıq bəyannamə və onun prinsipləri haqqında media orqanlarında yetərincə məlumatlar, bilgilər verilib. Bu bəyannamədə ən önəmli məsələlər yer alıb. Bu bəyannamə Azərbaycanın yeni yaratmış olduğu geosiyasi reallıqlarla bağlı böyük gələcək vəd edir.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Millət vəkili bildirib ki, Şuşada imzalanan sazişlər Ankara və Bakı arasındakı müqavilələrin ən ali zirvəsidir:
“Bir millət, iki dövlət olaraq bütün dünyaya sübut etdik ki, bu iki qardaş ölkə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. İki ölkə arasındakı bu qədər birlik və yaxınlıq, doğmalıq bütün dünyada təkrarsızdır. Şuşada Türkiyə konsulluğunun açılması artıq qardaş ölkənin Qarabağda yerləşməsi anlamına gəlir. Orada diplomatlar fəaliyyət göstərəcək. Bu, çox önəmli bir məsələdir. İqtisadi əlaqələrimiz daha da güclənəcək. Zəngəzur dəhlizi də mütləq şəkildə açılacaq, istifadəyə veriləcək. Dövlət başçıları Şuşadan Ermənistana da çağırış etdilər. Bildirdilər ki, Ermənistan yeni yaranmış iqtisadi mənzərədən yararlana bilərlər”.
Deputat əlavə edib ki, diqqətçəkən digər məsələ hərbi sahə ilə bağlı idi: “Türk PUA-ları Azərbaycanda istehsal olunacaq. Birgə hərbi təlimlər keçiriləcək. Əgər ölkələrdən birinə hücum təhlükəsi yaranarsa, birgə müdafiə olunacaqlar, birgə məsləhətləşmələr aparılacaq. Şuşa Bəyənnaməsindəki müddəalar bundan sonra iki qardaş dövlətin heç zaman ayrılmayacağını göstərir. Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə deputatlar qarşısında çıxışında da bir daha qeyd etdi ki, artıq bizim birliyimiz əbədi və sarsılmazdır. Bu sözlərin böyük anlamı var, yəni hər zaman və hər yerdə birgə olacağıq. Şuşa Bəyannaməsi dünyaya bir mesajdır. Yəni, bizim dostluğumuz heç kimə təzyiq vasitəsi deyil, əksinə, biz dünyaya sülh və əmin-amanlıq tərənnüm edəcəyik. Amma bizim torpaqlarımızda gözü olanlara da cavabı bir yerdə verəcəyik. Bunlar da çox vacib və önəmli məsələlərdir. Azərbaycan və Türkiyənin birliyi təkcə bu iki dövlət üçün deyil, həm də region üçün faydalı olacaq”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)