Nida Təhlil
MEDİA uçurumları aradan qaldırır - Gözləntilər reallaşır
Bir neçə gündür ki, Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir. Tədbirdə əsasən ölkənin aparıcı media qurumlarının redaktorları, baş redaktorları iştirak edirək müzakirələr aparırlar. İyunun 18-də seminarlara üçüncü qrup media nümayəndələri – çap və onlayn media təmsilçiləri də qoşulub.
Tədbirdə iştirak edən media təmsilçiləri seminardan, onun əhəmiyyətindən ağız dolusu danışırlar. Bildirirlər ki, bu istiqamətdə maarifləndirici seminarlara doğrudan da ehtiyac var idi. Əslində, bu cür seminarlar medianın gələcək inkişaf perspektivləri üçün yol xəritəsini rolunu oynayır desək, şübhəsiz ki, yanılmarıq.
Seminara qatılan Publika.az saytının baş redaktoru Aqil Lətifov deyir ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaqdır:
“Amma mən ilk olaraq MEDİA Agentliyinin fəaliyyətinə qısaca nəzər salmaq istəyirəm. Bildiyimiz kimi, bu ilin 12 yanvar tarixində Prezident İlham Əliyevin fərmanı ilə Medianın İnkişafı Agentliyi yaradıldı. Bu Agentliyin yaradılması bütün media cameəsində sevinclə qarşılandı. Hər kəsin Agentliyin media sahəsinə yeni nəfəs gətirəcəyinə, media, habelə media nümayəndələri ilə bu qurumun xələfi arasındakı uçurumları aradan qaldıracağına, buzları əridəcəyinə inancı tam idi. Fikrimcə, bu inanc elə ilk gündən özünü doğurltmağa başlayıb. MEDİA Agentliyinin fəaliyyətə başladığı bu qısa zaman kəsimində atdığı addımlar, həyata keçirdiyi layihələr, xüsusilə bütün media subyektlərinə qucaq açması, onlarla mehriban münasibət qurması çox təqdirəlayiq addımdır. MEDİA Agentliyinin elan etdiyi həm jurnalistlər üçün yazı müsabiqəsi, həm də çap və onlayn media üçün müsabiqə ilə bağlı geniş danışmaq olar. Lakin qısası desəm, bu müsabiqələrlə bağlı danışan zaman müsbət mənada “ilk” və “ən” sözlərindən dəfələrlə istifadə etmək olar. Habelə hazırda medaiamızın aparıcı gücü olan onlayn medianın dəstəklənməsi əvəzsiz addımdır. Bu dəstək maddi gücü nisbətən zəif olan onlayn media subyektlərinə yerə daha sağlam addımlarla basması üçün mühüm rol oynayacaq”.
“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara gəlincə, A.Lətifov bunları deyib:
“Jurnalistikada olduğum 18 il ərzində onlarla seminara qatılmışam, bunların arasında xarici təşkilatların təşkil etdiyi seminarlar da az olmayıb. Amma tam səmimi deyirəm ki, bu seminarı onların arasında hər baxımdan ən üst yerə qoyardım. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun açılış zamanı “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər mövzusunda çıxışı bir çox nəticələrə gəlməyim üçün kifayət etdi. Onun səmimi söhbəti, hər kəsə mehriban yanaşması, yüksək insani keyfiyyətləri, hər bir jurnalistlə xüsusi maraqlanması, sadəliyi mütləq qeyd olunmalıdır. Hər halda hər kəs mənimlə razılaşar ki, biz bu keyfiyyətləri daha öncəki rəhbərlikdə əsla hiss etməmişdik. Bu sahəyə gəlişinin qısa zaman olmasına baxmayaraq, bütün incəlikləri detallı şəkildə öyrənməsi, media sahəsindəki problemlərdən, çatışmazlıqlardan hali olması və çözüm yolunun üzərinə doğru nöqtədən yanaşması Əhməd müəllimin və komandasının uğurlu fəaliyyətinə zəmanət verir desəm, yanlış olmaz. Prezident İlham Əliyevə MEDİA Agentliyini belə bir şəxsə əmanət etdiyi üçün xüsusi təşəkkürümü bildirirəm. Ümidvaram ki, nəzərdə tutulan islahatlar həyata keçiriləcək və görmək istədiyimiz media mühiti formalaşacaq”.
Aqil Lətifovun fikrincə, məhz bu seminar da bunun yol xəritələrindən biridir və getmək istədiyimiz məntəqəyə çatmağımızda öz mühüm rolunu oynayacaq:
“Hesab edirəm ki, ölkənin aparıcı media qurumlarının və onların rəhbərlərinin bu tədbirlərə qatılması, faydalı fikir mübadiləsinin aparılması, yeni medianın inkişafında müsatəsna rola sahib olacaq. Çünki müasir dövrdəyik və hər sahədə yenilənmədən irəliləmək, uğura getmək olduqca çətindir, bəlkə də qeyri-mümkündür. Məhz bu seminar mediamızın yenilənməsinə, yeni yol xəritəsi müəyyən etməmizə müstəsna imkanlar yaradır. Eyni zamanda fikrimcə, media rəhbərlərinin bir arada toplanmasına, belə bir ortaq mühitin formlaşmasına, həmçinin jurnalistlərə, redaksiyalara belə isti münasibət göstərən kollektivə - MEDİA Agentliyinə böyük ehtiyac vardı. Bu seminarlara qatılan zaman bir daha bunun şahidi oldum. Bu aksiomdur ki, birlikdə müzakirə aparmasaq, problemlərdən birgə çıxış yolu tapmasaq, habelə MEDİA Agentliyi və media olaraq bir-birimizə isti münasibət göstərməsək doğru ünvana çata bilmərik. Düşünürəm ki, “Mediada islahatlara doğru”, habelə bu səpgili silsilə seminarlar mətəmadi olaraq təşkil olunmalı, mövcud çatışmazlıqların və qarşıdakı işlərin yol xəritələrinin konturları mütəmadi olaraq bu cür tədbirlərlə cızılmalıdır. Media sahəsindəki vəziyyəti düzgün dəyərləndirən, problemlərə dəqiq yerdən yanaşan MEDİA rəhbərliyinin bu işi yüksək səviyyədə həyata keçirəcəyinə ümid edir və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.
Tural Turan
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI