Nida Təhlil
Paşinyan buna görə qalib gəldi - Nəsib Məhəməliyev
“Ermənistanda keçirilmiş seçkilərdə Paşinyan 54% səs çoxluğunu qazanmaqla öz qələbəsini təmin etmiş oldu. Seçkiyə qədər aparılan sorğulara görə, Paşinyanın təkbaşına hökumət qura bilməyəcəyi proqnozlaşdırılsa da, bunun əksi baş verdi. Hesab edirəm ki, erməni xalqının müharibədə ağır məğlubiyyətə uğramış Paşinyanı dəstəkləməsinin əsas səbəbi cinayətkar “Qarabağ klanı”na nifrətinin nəticəsidir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili bildirib ki, digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, uğurlu siyasətin nəticəsidir:
“Ən bariz nümunə olaraq, bu yaxınlarda iki dövlət başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsini qeyd etmək istərdim. Robert Koçaryan və Nikol Paşinyanın siyasi opponentlərinin tam əksəriyyəti seçkiqabağı təbliğatını müharibə çağırışları, revanşizm üzərində qurmuşdu. 44 günlük müharibədə Azərbaycan Ordusunun gücünü görən ermənilər Şuşa Bəyannaməsinin imzalanmasından sonra gələcəklərinin ciddi təhlükə altında olduğunu dərk etdilər. Ona görə də qeyri-peşəkar, dərin savadı olmayan populist Paşinyanın qələbəsində Şuşa Bəyannaməsinin rolu danılmazdır”.
Nəsib Məhəməliyevin fikrincə, Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq:
“Onun seçilməsinin bölgə üçün nələr vəd etdiyinə gəkdikdə, düşünürəm ki, 10 noyabr üçtərəfli razılaşmasının bütün bəndləri icra olunacaq. Kommunikasiyalar açılacaq, Türkiyə ilə iqtisadi əməkdaşlığa başlanılacaq. Qarabağda müharibədən sonra məskunlaşmış erməni silahlılarının çıxarılması, hələlik, Paşinyandan daha çox, ora nəzarət edən üçüncü qüvvələrin səlahiyyətindədir. Əgər Paşinyan Ermənistanda siyasi hakimiyyətini möhkəmlətsə və seçkiqabağı vədlərini icra edə bilsə, gələcəkdə bu problem həll olunar. İndiki halda ən aktual məsələ sərhədlərin delimitasiya və demarkasiya proseslərinin həyata keçirilməsi, sülh müqaviləsinin imzalanmasıdır”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
