Nida Təhlil
Azərbaycanlılar hətta İrəvanın mərkəzində rahat yaşayacaqlar - Rus siyasətçi AÇIQLADI
Reallıq ondan ibarətdir ki, ermənilər Qarabağ klanına qarşı nifrət etdiklərini bütün dünyaya sübut etdilər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağ klanının Zəngilan qızılını qeyri-leqal istismarı etməsi faktları bizə məlum oldu. Öyrəndik ki, uzun illər İran sərhədindən və işğal olunmuş Azərbaycan torpaqlarından qaçaqmalçılıq karvanları keçirmiş.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi xadimi Maksim Şevçenko “Krallar və piyadalar” (Koroli i Peşki) verilişinin efirində bildirib.
Onun sözlərinə görə, Qarabağ klanı bu işğal illəri ərzində milyonlara sahib oldu, erməni xalqı isə səfalət içində yaşadı:

“Bütün bu illər ərzində Rusiya, Amerika və ya Fransadakı saraylarda əyləşən harınlamış erməni milyonçuları “Onların millətinin Tiqran nəslindən olduğunu”, “böyük Ermənistanın müqəddəs torpaqları uğrunda ölmək lazım olduğunu” deyirdilər. Amma bu gün, nəhayət, biz ermənilərin əsl səsini eşitdik. Sadə ermənilərin bu səsi göz qabağındadır: “Biz müharibə istəmirik”, “Biz vətəndaş hüquqlarına riayət olunmasını istəyirik”, “Biz Avropa xalqları kimi yaşamaq istəyirik”.
Vacib detalı anlamaq lazımdır ki, ermənilər Paşinyana deyil, müharibə istəyən Qarabağ klanına qarşı səs veriblər.
Bundan sonra əminəm ki, vaxt keçəcək və azərbaycanlılar hətta İrəvanın mərkəzində belə rahat yaşaya biləcəklər”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
