Nida Təhlil
Dövlətin hərbçilərə qayğısı: Ordumuzu döyüşdən-döyüşə aparan ƏSAS GÜC
Dövlətin hərbçilərə diqqət və qayğısı davam edir. Prezident İlham Əliyevin 25 iyun tarixli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamı bu istiqamətdə atılan növbəti addımdır.
Sərəncamda nələr nəzərdə tutulur?
1. Sərəncamın əhatə etdiyi hərbi qulluqçuların vəzifə maaşları 20-60 faiz həcmində artırılır;
2. İyunun 1-dən etibarən hərbi qulluqçular maaşlarını artımla ala biləcəklər;
Bu Sərəncamın üç xüsusi əhəmiyyəti var.
Birincisi, işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbçilərə dövlətin diqqətidir. Vətən müharibəsindən sonra bununla bağlı cəmiyyətdə yanlış rəylərin yayılması müşahidə olunurdu. Prezidentin imzaladığı sərəncam bi daha təsdiqləyir ki, Azərbaycan dövləti hərbçilərə olan diqqət və qatyğını azaltmır, əksinə daha da artırır;
İkincisi, bu qərar işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbçilər üçün böyük stimuldur;
Üçüncüsü, bu, ümumiyyətlə dövlətin hərbi qulluqçulara diqqət və qayğısının növbəti nümunəsidir.
Bu diqqət və qayğı həmişə mövcud olub. İndiyə qədər istər hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi, istər məişət-mənzil şəraitinin yaxşılaşdırılması, istərsə rifahının yüksəldilməsi ardıcıl həyata keçirilir.
Hər il yüzlərlə hərbi qulluqçu mənzillə təmin olunur, o cümlədən, hərbi xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.
Son iki gündə atılan addımlar da dövlətin qayğısının davamıdır.
İyunun 24-də Prezident İlham Əliyevin sərəncamı ilə 76 mindən çox hərbçi orden və medallarla təltif olundu. Beləliklə, Vətən müharibəsində iştirak etmiş hər kəs – generaldan tutmuş könüllü şəkildə döyüşə qatılanlar – dövlətin diqqətindən kənarda qalmadı.
İyunun 25-də hərbçilərin maaşlarının 20-60 faiz həcmində artırılması haqda sərəncam imzalandı.
Təkcə bu iki qərar Azərbaycanda hərbçilərə verilən dəyərin göstəricisidir. Qərarların 26 iyun – Silahlı Qüvvələr Günü ərəfəsində verilməsi isə ordunun əhval-ruhiyyəsinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətlidir.
Və təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü Silahlı Qüvvələridir. Ordumuzun Vətən müharibəsində tarixi Zəfər qazanması, işğalçı ölkənin ordusunu sözün həqiqi mənasında əzib keçməsinin arxasındakı əsas səbəblərdən biri də məhz dövlətin hərbçilərə daimi olaraq göstərdiyi diqqət və qayğıdır.
Azərbaycan hərbçisi yaxşı bilir ki, onun arxasında dövlət var və onu döyüşdən döyüşə aparan da məhz bu güc və təminatdır. Müzəffər Ali Baş Komandan müzəffər Azərbaycan Ordusunu təkcə qüdrətli Silahlı Qüvvələr etmir, həm də Silahlı Qüvvələrin hər bir fərdini diqqət və qayğı ilə əhatə edir.
Asif Nərimanlı
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






