Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bizə tarixi qələbə bəxş etdi - Adil Əliyev
Bizi izləyin

Nida Təhlil

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bizə tarixi qələbə bəxş etdi - Adil Əliyev

Bu gün bizə tarixi qələbəni bəxş edən qəhrəmanlarımızın bayramıdır. Şanlı Azərbaycan Ordusunun yaranmasından 103 il keçir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan edildikdən sonra, həmin ilin iyun ayının 26-da Müsəlman Korpusunun adının dəyişdirilmiş və Əlahiddə Azərbaycan Korpusu adlandırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən 26 iyun Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilib. O bildirib ki, Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusu, yəni ilk nizami ordu yaradıldıqdan sonra orduya çağırışlar başlayıb. Təəssüf hissi ilə qeyd etməliyik ki, 1920-ci ilin aprel ayının 28-də Xalq Cümhuriyyətinin süqutu bütün bu sahədəki prosesləri dayandırılıb.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun yenidən formalaşması, hərbi qulluqçuların hazırlanması prosesi bir daha 1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra mümkün olub: "Ulu Öndərin ordu quruculuğuna yüksək diqqət ayırması nəticəsində 1971-ci ildə Cəmşid Naxçıvanskinin adına hərbi lisey yaradıldı. Hərbi liseyin yaradılması və qorunub saxlanması ulu öndərin yalnız gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində mümkün olub. Belə ki, həmin müddət ərzində dəfələrlə SSRİ rəhbərliyinin bu hərbi məktəbin bağlanmasına, bu məqsədlə yoxlayıcı komissiyalar göndərməsinə baxmayaraq, məktəbin fəaliyyəti təmin edilmişdir. Əlavə olaraq da hərbi qulluqçularımız Bakı Ali Birləşmiş Komandanlıq və Ali Hərbi Dənizçilik məktəblərində təhsil almış, eləcə də hərbi təhsil almaq məqsədilə SSRİ-nin digər hərbi məktəblərinə göndərilib. SSRİ dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə yaranan özbaşınalıq ordu quruculuğundan da yan keçmədi. Ordunun vahid mərkəzdən idarə edilməməsi, habelə nizami ordunun qurulmaması ölkəmizə ağır fəsadlar hesabına başa gəldi".

A.Əliyev vurğulayıb ki, ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də xalqın tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra bütün sahələr kimi, ordu quruculuğunun da əsası qoyuldu: "Bu sahədə həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yenidən formalaşdı, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsinə və mənəvi-psixoloji hazırlığının artırılmasına böyük diqqət yetirildi. Habelə, yüksək ixtisaslı hərbi qulluqçuların hazırlanması məqsədilə 1999-cu ildə Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmış, habelə 2001-ci il Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi formalaşıb. Məhz bu dövrdə ordumuzun müasir yeniliklərə uyğun qurulması nəticəsində NATO ilə əməkdaşlığa başlanmış və bu əməkdaşlıq nəticəsində minlərlə hərbi qulluqçumuz xarici ölkələrdə həyata keçirilən proqramlarda iştirak edərək, geniş təcrübə və hərbi biliyə yiyələniblər. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sahəyə ayırdığı yüksək diqqət və qayğı nəticəsində daha da təkmilləşdirilib, müasir silahlarla təchiz edilib. Məhz dövlət başçısının bu sahəyə ayırdığı diqqətin nəticəsində ordumuzun silah arsenalı müasir silahlarla təchiz edilib, habelə yüksək ixtisaslı kadrlar hazırlanaraq, şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığı ən yüksək səviyyəyə qalxıb".

Millət vəkilinin sözlərinə görə, dünyanın ən güclü ordularından birinə çevrilən şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə üzərinə qoyulmuş tarixi missiyanın öhdəsindən layiqincə gələrək bizə tarixi qələbə bəxş edib: 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində düşmənə ardıcıl və sarsıdıcı zərbələr vuran rəşadətli ordumuz tarixi qələbə çalaraq əzəli və əbədi Vətən torpaqlarını düşmən işğalından birdəfəlik azad etməyə müyəssər oldu. Qazanılmış qələbə Ermənistanı, dünyadakı erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını reallığı qəbul etməyə məcbur etdi və düşmənin işğalına birdəfəlik son qoyuldu. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz misli görünməmiş bir tarix yazaraq, düşməni döyüş meydanında darmadağın edib. Düşmən ordusu pərən-pərən düşdükdən sonra on minlərlə hərbçisi fərarilik edərək Ermənistan ordusundan qaçıb. Məhz bu müharibə dövlət başçısının ordu quruculuğuna ayırdığı diqqətin, eyni zamanda, müdafiə sənayesi məsələsini hər zaman dövlətin əsas xətlərindən biri kimi müəyyən edərək önəm verməsinin, eləcə də uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi. Qəhrəman Ordumuzun göstərdiyi şücaət, döyüş meydanında həyata keçirdiyi uğurlu taktiki əməliyyatlar və şəhidlərimizin qanı-canı bahasına biz tarixi Qələbənin şahidi olduq. Qazanılmış bu Qələbə şanlı tariximizin ən böyük hadisələrindən biri olmaqla yanaşı, hər zaman xalqımızın yaddaşında qalacaq".

Komitə sədri əlavə edib ki, Vətən müharibəsində ordumuzdan bir nəfərin belə olsun fərari olmaması, yaralı əsgər və zabitlərimizin öz müalicələrini yarımçıq saxlayaraq yenidən döyüş meydanına qayıtmaq həvəsləri, üzərlərinə düşən tarixi missiyanı uğurla başa vurmaları Vətənə olan sevginin ən yüksək səviyyədə təcəssümüdür: "Xalqımızın istər ön cəbhədə, istərsə də arxa cəbhədə həyata keçirdiyi qəhrəmanlıqlar, vəhdətimiz, birliyimiz, nəticəsində bu Qələbə mümkün oldu. Vətən müharibəsindən sonra dövlət başçısı tərəfindən müharibə iştirakçılarının təltif edilməsi, habelə onların qayğılarının həll edilməsi istiqamətində çox mühüm addımlar atılır. Bizə canı-qanı bahasına şanlı Zəfəri yaşadan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa arzu edirəm. Qəhrəmanlarımızın bayramı mübarək olsun".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm