Azərbaycan Ordusu adını hərb tariximizə qızıl hərflərlə yazdırdı - Deputat
Bizi izləyin

Nida Təhlil

Azərbaycan Ordusu adını hərb tariximizə qızıl hərflərlə yazdırdı - Deputat

Biz ilk dəfədir ki, 26 iyun - Silahlı Qüvvələr Gününü fərəh və sevinc hissi ilə, qələbə ruhunda qeyd edirik. Rəşadətli Azərbaycan OrdusuAli Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qələbə qazanaraq adını Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazdırdı.

Bunu Publika.az-a millət vəkili Naqif Həmzəyev deyib.

O bildirib ki, bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev orduya, əsgər və zabitlərimizə diqqət və qayğını günü-gündən artırır: “24 iyun tarixində cənab Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsində iştirak edən qəhrəman zabit və əsgərlərimizə verilən orden və medallar bunun bariz nümunəsidir. 25 iyun tarixində isə “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” ölkə başçısının sərəncamı hər kəsi sevindirdi. Hərbi qulluqçuların maaşlarına əlavələrin edilməsi ən çox da hərbçiləri və onların ailəsini sevindirdi. Bu günə qədər dövlət həmişə hərbçilərə dövlət qayğısını əsirgəməyib, onların sosial rifahının yaxşılaşdırılması üçün mütəmadi olaraq nümunəvi addımlar atıb, müsbət qərarlar verib. Hərbçi maaşlarının artırılması ilə bağlı da sərəncamın imzalanması hərbçilərimizin əhval-ruhiyyəsini daha da artırdı. Allah şəhdlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.

N.Həmzəyev qeyd edib ki, Azərbaycan Ordusunun günü-gündən daha da güclənməsi bizim üçün əsas məqsədlərdən biridir: “Biz ərazi bütövlüyümüzü bərpa etdik və işğal altında olan torpaqlarımızı azad etmişik. Buna baxmayaraq Azərbaycan Ordusu bugünkündən on qat daha güclü olmalıdır. Elə bu səbəbdən də dövlət büdcəsində ordu ilə bağlı xərclər azaldılmadı, əksinə artırıldı. Çünki biz müasir dövrün tələblərinə cavab verən ordunu qurmşuq, bu ordunu daha da inkişaf etdirməliyik və çalışmalıyıq ki, Türkiyə ordusu modelində öz ordumuzu formalaşdıra bilək. Ordu daxilində bir sıra islahatlar həyata keçirək. Müasir dövrün, elmi texniki tərəqqinin nailiyyətlərini Azərbaycan Ordusunda tətbiq edək və müasir texnika və avadanlıqları ordumuzun inventarında artıraq. Gücümüzü qat-qat artırmalı və artan gücümüzə güc qatmalıyıq. 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla bütün hərbçilərimiz, qəhrəman zabit və əsgərlərimizi təbrik edirik. Ordumuz, əsgər və zabitlərimiz hər zaman var olsunlar. Həmişə sülh və əmin-amanlıq içərisində qalib ordumuz Azərbaycanın ərazi bütövlüyün qorusun”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm