Nida Təhlil
Deputat: “Ermənistan qonşu ölkələrlə əməkdaşlıq üçün yalvarmalıdır”
Ermənistan 30 ildə Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla özünü dünyadan təcrid edib, dalan ölkəyə çevirib. Bu illərdə ermənilər özlərində düşmənçilik meyllərini inkişaf etdirməklə ölkələrini iqtisadi və siyasi böhrana sürükləyiblər. Burada bir sual yaranır. Ermənistanın qonşu ölkələrə qarşı torpaq iddiaları ermənilərə nə verdi? Qısa olaraq cavabı odur ki, heç nə vermədi və SSRİ-nin dağılmasından sonra müstəqilliyindən də məhrum oldu. Atalar məsəli var: “Çox istəyən azdan da qalar”. Bu gün Ermənistan azdan da kənarda qalıb.
Bunu Publika.az-a danışan millət vəkili Azər Badamov deyib.
Deputat qeyd edib ki, Ermənistanın qazancı onun blokadada olmasıdır: “Azərbaycan bu 30 ildə danışıqlar vasitəsilə torpaqlarımızı işğaldan azad etməklə, razılaşmaqla Ermənistana inkişafa qovuşmaq üçün şans vermişdi. Amma onlar öz xain niyyətlərindən əl çəkmədilər və bataqlıqda boğuldular. Böyük arzularla basdırdıqları minalanmış əraziləri Azərbaycanın Müzəffər Ordusu işğaldan azad etdi. Amma ermənilərin pulları Azərbaycanda torpağın altında batdı. Həm də səfalətdən və şəraitsizlikdən bu 30 ilə yaxın müddətdə 2 milyona yaxın əhali ölkədən qaçdı. İkinci Qarabağ müharibəsində isə on minlərlə ermənini Azərbaycanın qüdrətli ordusunun qabağına verməklə məğlub və gülməli duruma düşdülər”.
A.Badamovun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq bu illər ərzində ölkə iqtisadiyyatını inkişaf etdirib: “Biz beynəlxalq siyasətdə və diplomatiyada ölkəmizin haqq səsini qəbul etdirdik. Azərbaycan dövləti ölkəsinin yerləşdiyi coğrafiyadan çox məharətlə istifadə edərək beynəlxalq nəqliyyat dəhlizlərini istifadəyə verdi. Yeni neft-qaz beynəlxalq nəqletmə kəmərləri və Bakı-Tbilisi-Qars dəmiryolu layihəsini icra etdi, bütün beynəlxalq layihələri Ermənistandan yan keçirdi. Bu gün Azərbaycan dünyaya sürətlə inteqrasiya olunan və qırılmaz tellərlə bağlanmış ölkəyə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində rol oynayan vacib aktora çevrilib”.
Millət vəkili bildirib ki, Azərbaycan bu illər ərzində ordusunu müasir silahlarla təchiz edərək, peşəkarlığını artıraraq inkişaf etdirib: “Nəticədə 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü təmin etməklə uzun illər xalqını narahat edən, həll olunmayaraq qalmış yeganə problemini də öz gücü ilə həll etdi. Azərbaycan üçün Ermənistan lazım deyil, qonşu və dünya ölkələri ilə qurduğu əlaqələrlə gələcəkdə uğurla inkişaf edib yaşaya bilər. Ermənistan isə qonşu ölkələrlə əməkdaşlıq üçün yalvarmalıdır. Çünki onun gələcəkdə mövcudluğunun, inkişafının açarı Azərbaycanda və Türkiyədədir. Uzaqda yerləşən və onlara havadarlıq edən ölkələr qonşular arasında düşmənçiliyi inkişaf etdirməkdən başqa ermənilərə heç nə verməyib və verməyəcək. Ona görə də nə qədər ki, gec deyil Ermənistan rəhbərliyi qonşu ölkələrə torpaq iddialarından və düşmənçilik meyllərində əl çəkməli, qonşulara əməkdaşlıq üçün xahiş etməlidir”.
Akqabay Mıradov
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"




































