Nida Təhlil
Kozlariçin qərəzi: eks-səfirin İlham Əliyevə iradına SƏRT REAKSİYA
“Kozlariçin Prezidentin hərbi forma geyinməsini belə yozması savadsızlıq və qərəzlilikdir”.
Publika.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
O qeyd edib ki, Kozlariçin bu açıqlaması başadüşülən deyil. Ç.Qənizadənin sözlərinə görə, sabiq səfiri həqiqətləri söyləyən biri kimi güman edirdi: “Ancaq çox təəssüf ki, Kozlariç yersiz bir arqument irəli sürüb. Prezidentin Silahlı Qüvvələr Günü hərbi forma geyinməsi bayram xarakterlidir. Bu bayramı xüsusi edən həm də Qarabağda qələbədən sonra ilk dəfə Ordu Gününü belə qeyd etməyimiz idi. Kozlariçin cənab İlham Əliyevin hərbi forma geyinməsini belə yozması savadsızlıq və qərəzlilikdir. Bəlkə də gündəmdə olmaq üçün belə çıxışlar edirlər”.

Ç.Qənizadə bildirib ki, müharibə bitsə də, sülh müqaviləsi bağlanmayıb, ermənilər Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib, sərhədlərin delimitasiya və demarkasiya işləri getməyib, düşmən təxribat cəhdlərini davam etdirir: “Qazax istiqamətində atəşkəsin pozulması, təxribat cəhdləri bunu təsdiqləyir. Prezident isə Qarabağa səfərləri zamanı hərbi formada olmaqla orduya dəstək nümayiş etdirir. Kozlariç kimi diplomatın uğursuz bir fikirlə özünü yada salması, unudulmuş bu adamın lüzumsuz sözü heç nəyi dəyişmir. Azərbaycan Prezidenti və dövlət rəsmiləri Ermənistanla sülhə hazır olduqlarını bəyan ediblər, hətta xarici işlər nazirimiz Ceyhun Bayramov Ermənistanla ikitərəfli müzakirələr aparılmasını rəsmi İrəvana təklif etdiklərini açıqlayıb. Yəni Azərbaycan sülh istiqamətində jest edir, addımlar atır, bizim üçün münaqişə keçmişdə qalıb, indi Ermənistandan cavab gözləyirik. Ona görə yaxşı olar ki, Kozlariç hansı tərəfə irad tutmaq lazım olduğunu özü üçün dəqiqləşdirsin”.
Qeyd edək ki, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Riçard Kozlariç öz Tvitter hesabında Azərbaycan Prezidentinə guya irad tutub. Sabiq diplomat ölkə başçısının 26 iyun Silahlı Qüvvələr Günündə hərbçilərlə görüşdəki hərbi formada fotosunu paylaşaraq yazıb: “İlham Əliyev deyir ki, Dağlıq Qarabağ konflikti bitib, amma hələ də hərbi forma geyir”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


