Şəhid ailələri və qazilərə dövlət qayğısı davam edir – Dəstəyin dəqiq STATİSTİKASI
Bizi izləyin

Nida Təhlil

Şəhid ailələri və qazilərə dövlət qayğısı davam edir – Dəstəyin dəqiq STATİSTİKASI

Azərbaycanda şəhid ailələri və müharibə əlillərinə dövlətin qayğısı ən yüksək səviyyədədir. Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması da bu qayğının davamıdır.

Dövlət şəhid ailələri və müharibə əlillərinə dəstəyini davamlı olaraq həyata keçirir. Bu qayğı həm I Qarabağ müharibəsinin şəhid ailələri və qazilərini, həm də II Qarabağ müharibəsinin şəhid ailələri və qazilərini əhatə edir.

Xocasən qəsəbəsində keçirilən mərasimdə iştirak edən Prezident İlham Əliyev bildirdi ki, son illər ərzində bu sahədə çox böyük işlər görülüb: “Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək”.

Dövlətin bu sahədə gördüyü genişmiqyaslı işlər bir neçə istiqamətdə paralel olaraq həyata keçirilir.

Şəhid ailələri və müharibə əlillərinə qayğı birbaşa Prezident İlham Əliyevin, o cümlədən, Birinci xanım Mehriban Əliyevanın diqqətindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məşğulluq məsələləri həll edilir, işlə təmin edilmə prosesi davamlı şəkildə həyata keçirilir. Bu il öznüməşğulluq proqramına cəlb edilən 16 min vətəndaşın arasında 5 mindən çox şəhid ailəsinin üzvləri və müharibə əlilləri var.
Bununla yanaşı, reabilitasiya mərkəzlərində qazilərin ehtiyaclarının ödənilməsinə də xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyev bildirib ki, ikinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə də dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur: “Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Bu da yenilikdir. Bu kateqoriyaya aid olan insanlar üçün məşğulluq marafonları keçirilməsi əlbəttə ki, həm dövlət siyasətini, eyni zamanda, cəmiyyətimizin yetkinliyini göstərir. Sahibkarlar da bu məsələyə, bu təşəbbüsə böyük həvəslə qoşulublar və əminəm ki, bu təşəbbüsün çərçivələri getdikcə daha da genişlənəcək”.

Dövlət başçısı müharibə əlillərinin reabilitasiyası prosesindən də danışıb. Bildirib ki, bu istiqamətində dövlət tərəfindən mühüm addımlar atılır.

Biz müharibədə əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün ən müasir protezlər sifariş etmişik və bu protezlər artıq quraşdırılır. İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. İndi bu protezlərlə insan normal yaşaya bilər, gəzə bilər, qaça bilər, futbol oynaya bilər. Bax, bunu biz edirik. Əlbəttə, bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib. Biz artıq bir neçə reabilitasiya mərkəzi yaratmışıq və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq biz bunu edirik və bundan sonra da edəcəyik. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, biz daim onların yanındayıq, sözdə yox, əməldə”, - Prezident qeyd edib.

Dövlət əməli ilə şəhid ailələri və qazilərə real dəstək verir. Statistik məlumatlar da bunun göstəricisidir.

Mənzil və fərdi ev təminatı (1997-2021) - 10 mindən çox: 2020-ci ildə 1572, 2021-ci ildə 850 (14.07.2021-ci il tarixində təqdim edilənlər daxil).

2021-25-ci illərdə nəzərdə tutulan mənzil/ev təminatı - 11 minədək: Prezidentin 25.01.21 tarixli Sərəncamı ilə yeni proqramlar təsdiq edilib;

2021-ci ildə nəzərdə tutulan - 3000-dək: yaşayış komplekslərində (Bakı, Sumqayıt, Abşeron, Lənkəran, Samux) 2500 mənzil; digər rayonlarda 500 fərdi ev;

2021-ci ildə artıq 850 mənzil (Ramana, Ümid və Xocasən qəsəbələrində) verilibdir.

Açılış mərasimində təqdim edilən yaşayış kompleksi - 810 mənzil: Kompleks Binəqədi rayonunun Xocasən qəsəbəsində yerləşir; 15 ədəd 9 mərtəbəli 54 mənzilli binalar – 810 mənzil; 624 yerlik məktəb, 140 yerlik uşaq bağçası, inzibati bina;

Müharibə əlillərinə avtomobil təminatı: indiyədək 7200-dən çox əlilliyi olan şəxsə avtomobil verilib; 2019-cu ildə 600, 2020-ci ildə 400 avtomobil verilib, 2021-ci ildə 150 nəzərdə tutulub;

Post-müharibə dövründə sosial dəstək

Sosial ödənişlər: 01.01.2021-ci ildən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların Prezident təqaüdləri artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib;

Sosial dəstək tədbirləri ilə əhatə olunanlar: 24 000 şəxsə 33 000 xidmət;

Şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlər: 8 400 nəfərə 16000 ödəniş;

Şəhid hərbi qulluqçuların ailə üzvlərinə: 7 401 nəfərə 14 014 sosial ödəniş;
Mülki şəhidlərin ailə üzvləri: 206 nəfərə 400 sosial ödəniş;
Müharibə əlilləri: 836 sosial ödəniş;

Məşğulluq: 6 600 nəfərə xidmət

Özünüməşğulluğa 5 096 nəfər cəlb edilib; Haqqı ödənilən ictimai işlərə 994, digər işlərə 515 nəfər cəlb edilib; şəhid ailələri və yaralananlar üçün

“Məşğulluq marafonu”: 200-dək işəgötürən qoşulub, 1000-dək vakansiya yerləşdirilib, 100-dək şəxs işə götürülüb;

Sosial-psixoloji dəstək və reabilitasiya xidməti: 6 900 nəfərə 10 000 xidmət; 2 951 ailəyə psixoloji dəstək, 1 300 nəfərə reabilitasiya müəssisələrində xidmət göstərilib; 84 hərbçiyə yüksək texnologiyalı protez, 957 nəfər əlilə 6 400 reabilitasiya vasitəsi verilib;

Bütün bunlar dövlətin şəhid ailələri və qazilərə real dəstəyinin nümunəsidir. Prezident İlham Əliyevin 25.06.2021 tarixli Fərmanı ilə yaradılan şəhid ailələri və xəsarət alan hərbçilər üzrə Vahid Əlaqələndirmə Mərkəzi (VƏM) bu dəstək və qayğının daha da yüksək formada həuyata keçirilməsinə imkan verəcək. 2 ay ərzində DOST mərkəzlərində fəaliyyətə başlayacaq VƏM-lərdə 7 qurum üzrə 26 xidmət göstəriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm