Türkiyədə baş verən yanğınların altında yatan GİZLİ SƏBƏBLƏR - Politoloq AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Türkiyədə baş verən yanğınların altında yatan GİZLİ SƏBƏBLƏR - Politoloq AÇIQLADI

Son günlərdə xüsusilə Aralıq dənizi hövzəsində və müxtəlif əyalətlərdə baş verən yanğınlarla bağlı fərqli fikirlər səsləndirilməkdədir. Dövlət rəsmiləri bildirib ki, bu yanğınların arxasında təxribat olma ehtimalı da var. Əgər bu fakt təsdiqini taparsa, yanğını törədən şəxslər cəzalandırılmış olacaqlar. Bu gün məlumat yayılıb ki, Antalya yaxınlığında bir neçə nəfər yanğını alovlandırmaqda şübhəli bilinir.

Bu sözləri Publika.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Sultan Zahidov deyib.

O, bildirib ki, qardaş ölkənin düşmənləri çoxdur:

“Türkiyənin regionda yürütdüyü siyasətə və onun geosiyasi mövqeyinə baxdığımız zaman görürük ki, vizionda düşmənləri çoxdur. Türkiyənin həm daxilində, həm də xaricində onun maraqlarına zərbə vurmaq istəyəcək şəxslər var. Məsələn, Türkiyənin bu gün Suriyada olmasını istəməyən qüvvələr. Aralıq dənizi hövzəsi ilə bağlı Türkiyənin maraqları Yunanıstan və Fransa ilə toqquşur. Bu baxımdan, Türkiyənin regionda yürütdüyü siyasətə və nüfuz sahibi olmasını istəməyən dövlətlər var ki, onların dəstəyi ilə Türkiyə daxilində hər hansı təxribatların həyata keçirilməsi ehtimal olunur. Bu, daha çox terror formasında baş verirdi. Amma ola bilər ki, terrorun forması dəyişsin və ekoloji terror formasında baş versin. Eyni zamanda da ola bilər ki, Türkiyənin daxilində bir sıra qüvvələr bu kimi yollara əl atsınlar. PKK-nın dividentlər əldə etmək üçün bu kimi çirkin əməllərə əl atması da versiyalar arasındadır.

Bilirik ki, Türkiyənin Aralıq dənizi hövzəsi çox turistik bir yerdir. Oradakı yanğınlar Türkiyə turizminə, iqtisadiyyatına ciddi şəkildə ziyan vuracaq. Əslində, bu baxımdan terrorçuların və ya yanğını törətməkdə şübhəli bilinən başqa bir qüvvələrin hədəfini anlaya bilərik. Amma bütün bunlar hələlik ehtimallardır.

Başqa bir ehtimal da odur ki, yanğınlar təbii şəkildə baş verib. Həmin ərazilər nisbətən quraq ərazilərdir, yay aylarında külək olarkən o cür yanğınlar fərqli-fərqli ərazilərdə baş verə bilər.

Üçüncü ehtimal odur ki, bu sabotajdır. Amma bununla bağlı hazırda dəqiq fikir söyləmək olmur. Əgər cinayətkarlar varsa, ümid edirəm ki, yaxın zamanlarda həbs olunduqdan sonra bu məqamlar aydınlığa çıxacaq”.

Soltan Zahidov qeyd edib ki, burada məqsəd sözsüz ki, Türkiyə turizminə və iqtisadiyyatına zərər verməkdir.

Ekspert bildirib ki, Türkiyənin regionda güclənən rolu və qüvvəsi bir sıra dövlətləri narahat etməkdədir: “Əgər ekoloji terror ehtimalı doğru olarsa, o zaman məqsəd Türkiyə iqtisadiyyatına zərər vuraraq və ya hədə gələrək hər hansı bir maraqlarını təmin etməkdir. Ümumiyyətlə, terrorun mahiyyəti odur ki, hər hansı zərər vurulur və onun qarşılığında müəyyən siyasi dividentlər əldə olunmağa çalışılır. Bunun əvvəl-axır izləri üzə çıxır, dolayısı ilə terrorçu qruplaşmalar məsuliyyəti öz üzərinə götürür. Amma bunun içində başqa bir dövlət varsa, fərqli qruplardan istifadə edərək belə bir təxribata əl ata bilər. O halda bunun üzə çıxmama ehtimalı var”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm