Nida Təhlil
Deputat: "Jirinovski anormal bir canlıdır"
"Təbii ki, Rusiyanın Liberal Demokrat Partiyasnın lideri Vladimir Jirinovskinin Azərbaycan və onun dövlət başçısı ilə bağlı səsləndirdiyi hədyan fikirlərin heç bir əsası yoxdur. Jirinovskini hamı tanıyır. Vladimir Jirinovskinin Rusiyanın Dövlət Dumasına nə üçün lazımdır, bu da hamıya bəllidir və bu, onların öz işləridir. Bəlkə də doğrudan da Rusiyanın bir təlxəyə, şərəfsizə, namussuza, qeyrətsizə ehtiyacı var?! Amma biz bir xalq, dövlət olaraq, eləcə də mən bir ziyalı, millət vəkili olaraq başa düşürəm ki, nə qədər ki, jirinovskilər var Rusiya-Azərbaycan münasibətlərində vaxtaşırı problemlər yaşana bilər".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Anar İsgəndərli deyib.
Millət vəkili bildirib ki, bu problemləri yaşadanlar isə bu iki xalqa və dövlətə düşmən olanlardır:
"Jirinovskinin heç kimlə münasibəti səmimi deyil. O, Rusiyanın dövlət başçısını vaxtaşırı tənqid və təhqir edir. Hətta imkanı olsa, daha artığına da gedər. Bu o deməkdir ki, Jirinovski anormal bir canlıdır. Əgər o anormaldırsa, biz də bu canlıya layiq olduğu münasibəti sərgiləməliyik və sərgiləyirik. Mən çox sevinirəm ki, Azərbaycan sivil dövlət olaraq Rusiya Federasiyasına nota göndərdi. Bu notada da hər şey öz əksini tapıb. Jirinovskinin timsalında baş verənlər bir xalq olaraq bir daha bizə anladır ki, nə qədər çox sıx birləşsək, düşmənlərimiz daha çox qəzəbli və əsəbi olurlar. Qəzəbli və əsəbi olanda da ürəyindən keçənləri dillərinə gətirirlər. Bu da bizə imkan verir ki, dostumuzun və düşmənimizin kimlər olması haqqında bir daha düşünək. Dostumuzun dar günündə nə üçün onun yanında olduğumuzu bir daha bizə başa salır. Düşmən dəyirmanına kimlərin su tökdüyünü də bilməliyik və bilirik. Ona görə də daha sıx birləşirik. Müstəqil Azərbaycanımızın daha da güclənməsi, ərazi bütövlüyümüzün bərpası üçün əlimizdən gələni etməliyik və edirik. Bu, bir vətəndaş kimi bizim borcumuzdur".
Tural Turan
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


