Nida Təhlil
Bu yanğınları törədənlər bilməlidir ki... - Deputat
"Qardaş Türkiyə Cümhuriyyətinin ərazisində baş verən, törədilən yanğınlar Azərbaycan cəmiyyətini narahat edir. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir. Xüsusən də Şuşa Bəyannaməsinin imzalanmasından sonra bütün dünya birmənalı olaraq dərk etdi ki, bu iki dövlət və bir xalq bir-birinin uğuru üçün hər şeyindən keçməyə hazırdır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Millət vəkili bildirib ki, bu yanğınları törədənlər bilməlidir ki, Türkiyə əyilən, kiməsə təslim olan bir dövlət deyil:
"Yanğınlar nəticəsində ölənlər var, Allah onlara rəhmət etsin! Yaralı insanlarımız var, Allah onlara can sağlığı versin! Türkiyə dövlətinə milyonlarla, milyardlarla ziyan dəyib. Türkiyə yenidən bütün gücü ilə həmin istirahət zonalarını əvvəlkindən də gözəl vəziyyətə gətirə bilər. Azərbaycan Türkiyənin yanındadır. Yanğınsöndürənlərimiz ilk gündən fədakarlıq və qəhrəmanlıq göstərərək hamıya nümunə oldular. Mən əminəm ki, bu meşə yanğınları, onların fəsadları aradan qalxacaq".
Deputat əlavə edib ki, Türkiyə yanan meşələrin yerinə elə ormanlar salacaq ki, bütün dünya türkün gücünün, qəhrəmanlığının şahidi olacaq:
"Əziz və doğma Türkiyə, biz sənin yanındayıq! Sən hər an, həmişə bizim yanımızda olduğun kimi, biz də sənin yanındayıq. Biz Çanaqqalada sənin yanında olduq, 5 minə qədər şəhid verdik. Sən 1918-ci ilin mart soyqırımından, Azərbaycanda Cümhuriyyətin elan edilməsindən sonra bizim yanımızda oldun. Qafqaz İslam Ordusunu bizim köməyimizə göndərdin. Bu ordu Cümhuriyyətin yaşaması üçün əlindən gələni etdi. Azərbaycanın o zamankı istiqlal mücadiləsində 1330 nəfər şəhid verdin. Aradan 100 ildən artıq vaxt keçib. Amma heç bir azərbaycanlı bu qəhrəmanlığı unutmayıb. Sən 1990-cı ilin yanvarında bizim yanımızda oldun, 1992-ci ilin Xocalı soyqırımında bizim yanımızda idin. Ən nəhayət, 2020-ci ilin sentyabrından sən bizim yanımızdasan. Sən bizə qardaş və sirdaşsan. Sən bir xalq və dövlət olaraq bizim üçün hər şeysən".
Tural Turan
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Magazin130 Aprel 23:12Elşən Xəzərdən qızı ilə bağlı yayılan xəbərlərə REAKSİYA
-
Səhiyyə30 Aprel 23:00Macar Cərrahdan BÖYÜK UĞUR: Döyünən yaralı ürəyə küçədə tikiş atdı
-
İdman30 Aprel 22:36Qurban Qurbanov: "Həmişə çempion olası deyilik ki..."
-
MDB30 Aprel 21:00"Qiyamət radiosu" yeni sirli söz yayımladı
-
Sosial30 Aprel 20:48Azərbaycanda çörək bahalaşıb? - RƏSMİ AÇIQLAMA
-
Sosial30 Aprel 20:36Paytaxt sakinlərinin NƏZƏRİNƏ: bu yollar təmirə bağlanır - FOTO
-
Dünya30 Aprel 19:48Cəsədlərinin qalıqları kiçik qutularda ailələrinə təhvil verildi





















.png)
.jpg)














