Nida Təhlil
50 milyonluq xalqın QƏLƏBƏ DASTANI: “Zəfər Salnaməsi” - FOTO
Müstəqilliyinin 29-cu ilində Azərbaycan xalqı özünün ən şərəfli qələbə dastanını yazdı. Bu şanlı zəfər salnaməsindən nəbzi birliyində döyünən xalqın xarı bülbül qoxusu gəlirdi. Cəmi 44 günə ərsəyə gələn və bütün dünyaya səs salan bu şanlı zəfər dastanımızı tarixiləşdirmək üçün indi bir sıra təşkilatlar, birliklər, qurumlar qollarını çırmayıb kitablar, bitiklər hazırlayırlar.
Publika.az-ın redaksiyasında bu səhər işə gələrkən gördüyüm qalın və qalınlığı ilə bərabər qalanlığı ilə də diqqətləri özünə cəlb edən bir SALNAMƏ gördüm. Əlimə alıb vərəqləməyə başladım. İRS-in üç - Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatda nəşr etdiyi bu “ZƏFƏR SALNAMƏSİ” doğrudan da möhtəşəmdir. Həqiqətən də bu kitabdan zəfərimizə yaraşan QƏLƏBƏ ƏTRİ gəlir.
Kitabın ön sözünü müzəffər xalqın müzəffər Ali Baş Komandanı yazıb. Özü də tarixi faktlara və həqiqətlərə söykənərək... Ölkəmizin başçısı özünün müəllifi olduğu şanlı qələbəmizlə bağlı “ZƏFƏR DASTANI”nda qeyd edir ki, tarix boyu bu ərazilərdə Azərbaycan xalqı yaşayıb və ermənilər buraya sonradan köçürülüb. Hətta Prezident 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsinə istinad edir. Ön sözdə Azərbaycan xalqının 1918-ci ildə ermənilər tərəfindən soyqırımına məruz qaldığı vurğulanır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistanın əhəmiyyət verilməməsindən danışılır və yekunda səbir kasası tükənən tarixi şanlı zəfərlərlə dolu bir xalqın Qarabağa əbədi qayıtdığı bildirilir.
Ön sözdən sonra Zəfər ƏRƏFƏSİNƏ –2016-cı ilin dördgünlük aprel döyüşlərindən bəhs olunur. Bu həmin dövr idi ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə bağlı yeni təkliflər irəli sürürdülər və Ermənistan bununla razılaşmayaraq təxribatlara əl atdılar. Nəticə isə Azərbaycan Ordusunun 4 günlük müharibədə strateji qələbəsi ilə nəticələndi. Bu dördgünlük müharibə dörd il sonrakı qələbənin müjdəçisi – qaranquşu oldu.
Daha sonra “Zəfər Salnaməsi” kitabında 27 sentyabrda başlayıb 10 noyabrda yekunlaşan 44 günlük VƏTƏN MÜHARİBƏSİ-nin günbəgün, saatbasaat ən önəmli hadisələri haqqında bilgi verilir. Prezidentin 44 gün ərzində dünyanın 30-dan çox nüfuzlu media agentliklərinə müsahibələri haqqında danışılır. İşğaldan azad olunan hər kənd, qəsəbə və şəhər haqqında söhbət açılır. VƏ... 10 noyabr üçtərəfli sazişi ilə bu qələbə rəsmiləşdirilir. Qarabağın ürəyi Şuşa azad olunur. Qarabağ münaqişəsini bitirən, qələbənin memarı ALİ BAŞ KOMANDANA Şuşanın azad olunduğu gün küçələrdə, meydanlarda bayram edən Azərbaycan xalqının təşəkkürü fotoşəkillərlə göstərilir, həmin tarixi anlar da salnamələşir, kitablaşır...
Sonra Müzəffər Ordumuzun 10 dekabr 2020-ci ildə baş tutan əzəmətli qələbə paradından söz açılır, fotolarına geniş yer verilir.
“ZƏFƏR SALNAMƏSİ”ndə türkü, talışı, tatı, ləzgisi, avarı, rutulu, udini, albanı, kürdü, yəhudisi, rusu ilə bütövləşən və dəmir yumruğa çevrilən bir xalqın birliyi çox möhtəşəm bir formada öz əksini tapıb. Bu kitabı araya-ərsəyə gətirənlərə, yoğurub-yapanlara Dədəm Qorqud xeyir-durası, Mete xaqan salamı olsun!
Bu kitab – bu “ZƏFƏR SALNAMƏSİ” Kitabi-Dədə Qorqud, “Qutatqu bilik”, YARADILIŞ DASTANI kimi müqəddəs kitabdır. Tarix durduqca vərəqlənəcək, xalqımız yaşadıqca o bu kitab da neçə - neçə qələbələrə, zəfərlərə yeni nəfəs, əski toxum olacaq.
Törəmizin, yörəmizin kitabıdır “ZƏFƏR SALNAMƏSİ”... 200 ildən sonra yazılan bir ilkin, nübarın müjdəçisidir... Zəfərin də, Salnamən də mübarək olsun, 50 milyonluq müzəffər xalqım!
Tural Turan
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































