Nida Təhlil
Bu, ilk növbədə sülhə çağırış idi - Mollazadə
“Ölkə başçısı CNN-Türk televiziyasına verdiyi müsahibədə bölgədə sülh, sabitlik, əməkdaşlığın əldə olunması üçün zəruri addımların yol xəritəsini nümayiş etdirdi. Ermənistan bu prosesdə öz revanşist iddialarına son qoyaraq üçtərəfli bəyannamədə nəzərdə tutulan bütün öhdəliklərini yerinə yetirməlidir. Bütün işlərini görməlidir. Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarına son qoymalıdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, İrəvan Bakı ilə sülh sazişini imzalamaq üçün Azərbaycana qarşı ərazi iddialarını bitirməlidir:
“Ermənistan, eləcə də hamı bölgədə sülhə maraqlı olmalıdır. Çünki sülhün yaratdığı yeni dəhlizlər, yeni nəqliyyat, ticarət sistemlərinin formalaşması hamının maraqlarına uyğundur. Bununla yanaşı, Prezident Ermənistanla əməkdaşlıq etmək istəyən, onları silahlandırmağa çalışan ölkələrlə bağlı məsələyə də toxundu. Yəni həmin ölkələr Ermənistanı hansısa revanşist fikirlərə təhrik edə bilər. Prezident bu xəbərdarlığı xüsusi qeyd elədi. Mənə elə gəlir ki, hamı bundan nəticə çıxaracaq. Onlar anlamalıdırlar ki, Azərbaycanın kifayət qədər gücü var”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın dostları və müttəfiqləri mövcuddur:
“Eyni zamanda, Türkiyə kimi qardaş ölkəsi var. Ona görə də bölgədə sabitlik və əməkdaşlıq barəsində düşünmək lazımdır. Prezident bununla yanaşı, ermənilərə burada tam sərbəst şəkildə yaşamaq üçün imkanların yaradıldığını vurğuladı. Mənə elə gəlir ki, bu gələcəkdə bölgənin sabitlik və əməkdaşlıq regionuna çevrilməsi üçün zəruri dəvət idi. Prezident 3+3 modelini də çox yüksək qiymətləndirdi, fikrimcə, bu müsahibə bir çox ölkələr, o cümlədən, Ermənistana düşünmək üçün bir imkan oldu. Biz sülh istiqamətində real addımlar gözləyirik. İlk növbədə, Prezidnetin çıxışı sülhə çağırış idi. Sülhün mümkünlüyünü və bunun hamıya müsbət təsir edəcəyini qeyd etdi. Mənə elə gəlir ki, bu müsahibə çox mühüm bir çıxış idi”.
Tural Turan
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































