Nida Təhlil
Moskvada görüş: sərhədin delimitasiyası gündəmdədir
Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun görüşü keçirilib: bu, may ayında sərhəddə başlanan qarşıdurmadan sonra keçirilən ilk görüşdür.
İrəvan dövlət sərhədinin bərpasına etiraz edərək, işçi qrupunun fəaliyyətini birtərəfli dayandırmış və “sərhəd məsələsi həll olunmadan, bərpa etməyəcəyini” bildirmişdi. Seçkidən sonra işçi qrupunun bərpa edilməsi ilə bağlı müəyyən mesajlar verildi, nəhayət, avqustun 12-də Paşinyan razı olduqlarını açıqladı.
Üçtərəfi razılaşmalarda kommunikasiyanın bərpası Moskva üçün xüsusilə prioritetdir, bu baxımdan, ruslar yolların açılması istiqamətdə səylə işləyir. Hərçənd, burada bir vacib detal var: kommunikasiyaların açılması üçün sərhədlərin delimitasiyası lazımdır;
İşçi qrupunun fəaliyyətə başlaması sərhədin delimitasiyasının rəsmiləşməsi istiqamətində də proseslərin getdiyi, yaxud, bununla bağlı konkret razılığın olduğu deməkdir. Və İrəvanın “Azərbaycan ordusu tutduğu mövqelərdən geri çəkilməlidir” sözləri ritorikadan başqa bir şey deyil.
İlham Əliyevin Kəlbəcərə səfərində səsləndirdiyi fikirlər də Bakının dövlət sərhədini tam, yaxud böyük bir qismini bərpa etdiyi, hazırda möhkəmlənmə işinin aparıldığı nəticəsini çıxarmağa imkan verir. Və Əliyev açıq şəkildə bəyan etdi ki, geri çəkilmə olmayacaq, sərhəddə söz sahibi Azərbaycandır.
Asif Nərimanlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)