Bu, ermənilərin yeganə çıxış yoludur - Politoloq
Bizi izləyin

Nida Təhlil

Bu, ermənilərin yeganə çıxış yoludur - Politoloq

“Azərbaycan və Türkiyənin işğaldan azad olunmuş Laçın rayonunda təlim keçirməsi Rusiyaya bir mesajdır və erməni terrorçu dəstələrinin sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidən Azərbaycan Ordusuna atəş açması yolverilməzdir”.

Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloq qeyd edib ki, bu cür təlimlər həm ermənilərə, həm də sülhməramlılara xəbərdarlıqdır: “Biz bütün vasitələrdən istifadə edərək təxribatların qarşısını alırıq. Onlar başa düşməlidir ki, biz hər an anti-terror əməliyyatları keçirə bilərik. Laçında keçirilən tədbirlər bir daha göstərdi ki, Türkiyə Azərbaycanın yanındadır. Azərbaycan təkbaşına anti-terror əməliyyatları keçirmək gücünə sahibdir. Türkiyənin yanımızda olması, maddi və mənəvi cəhətdən dəstək verməsi bizi sevindirir. Azərbaycan diplomatik yollarla ermənilərə təzyiq göstərməlidir ki, şərtlərimizi yerinə yetirsinlər”.

F.Sadıqov vurğulayıb ki, ermənilər sülh müqaviləsi ilə bağlı bəyanatlar verir, ancaq praktiki addımlar atmır: “Onlar mənasız şərtlər irəli sürərək sülh müqaviləsinin imzalanmasının qarşısını alırlar. Ermənistan Qarabağla bağlı bəzi sərsəm çıxışlar edir. Onların xarici işlər naziri Rusiyada Qarabağda yaşayan ermənilərlə və terroristlərlə bağlı mənasız bəyanatlar səsləndirib. Bu cür çıxışlar bölgədə gərginliyin artmasına səbəb olur. Sülh müqaviləsinin tez bir zamanda bağlanması ermənilərin yeganə çıxış yoludur. Biz həm diplomatik, həm də hərbi vasitələrdən istifadə edərək Ermənistanı sülhə məcbur etməliyik. Söhbət diplomatik vasitələrdən gedirsə, biz Rusiya ilə yaxşı əməkdaşlıq yaratmalıyıq. Çünki biz bunu etsək, Rusiya yeni yaranmış reallığı nəzərə alaraq Ermənistana təsir edəcək. Eyni zamanda Azərbaycan Türkiyə ilə demək olar ki, hər bir sahədə birlikdə fəaliyyət göstərir. Türkiyə Rusiya ilə yaxşı əlaqələr yaratsa, onlara müəyyən qədər təzyiq edə bilər”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm