İdman
Ronaldo on illik münasibətdən sonra evləndi - FOTO
Portuqaliyalı hücumçu və “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldo ilə ispan model və argentinalı əsilli bloger Corcina Rodriges onillik münasibətdən sonra evləniblər.
Publika.az xəbər verir ki, futbolçu toy mərasimindən fotoları “Instagram” səhifəsində paylaşıb.
Kadrlarda xoşbəxt cütlük adsız barmaqlarındakı nikah üzüklərini nümayiş etdirib. Corcina mərasimdə zərif, bədənə kip oturan ağ libas və fata geyinib. Ronaldo da açıq tonlarda kostyum seçib.
Cütlük qonaqları üçün mərasimin keçiriləcəyi yerin yaxınlığında yerləşən beşulduzlu “Savoy Palace” hotelini bron edib. Hotel sakinlərinə bildirilib ki, avqustun 7-si və 8-i iki mərtəbə, eləcə də bir neçə bar zonası bağlı olacaq.
Ronaldo və Corcina 2016-cı ildən birlikdədir. Münasibətləri dövründə cütlüyün iki övladı dünyaya gəlib.
Ronaldo daha əvvəl bildirmişdi ki, toy 2026-cı il dünya çempionatından sonra və Səudiyyə Ərəbistanı çempionatında mövsüm başlamazdan əvvəl keçiriləcək. Onun sözlərinə görə, Rodriges böyük mərasimləri sevmədiyi üçün tədbirin qapalı formatda keçirilməsi planlaşdırılırdı.
2025-ci il avqustun 11-də Rodriges “Instagram”da Ronaldo ilə evlənəcəyini açıqlayıb. O, üç daşla bəzədilmiş nişan üzüyünün fotosunu yayımlayıb. Zərgər Acay Anand deyib ki, üzüyün hazırlanmasında çəkisi təxminən 30 karat olan D kateqoriyalı almazdan istifadə edilib. Zinət əşyasının təxmini dəyəri 5 milyon dollar təşkil edir.
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb. O, 2023-cü ilin yanvarından “Əl-Nəsr” klubunun hücumçusudur. Ölkədə nikahda olmayan kişi və qadının eyni evdə yaşamasına icazə verilməməsinə baxmayaraq, əfsanəvi futbolçu üçün istisna edilib və uşaqlarının anası ilə birlikdə yaşamasına icazə verilib.
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı







.webp)
.webp)










.jpg)














